Mətbuatın gündəmini zəbt edən qalmaqal Eltonu qəzəbləndirib.Publika.Az-ın məlumatına görə, son günlər müxtəlif KİV-lərdə yayılan informasiya Eltonu danışmağa məcbur edib. Müğənni verilişlərin birinə çıxıb bu söz-söhbətə son qoyacağını söyləyib:"Mən elə kişinin oğlu deyiləm ki, kimsə məni elə-belə tutub harasa aparsın, alnıma tapança dirəsin. Sabahdan mən lazım bildiyim proqramlarda adıma belə yaraşdırmadığım bu xəbərlərə birdəfəlik son qoyacam. Bu qərəzli xəbərləri yayanı da tapacam. Dünya dərəbəylik deyil ki".