Elvin Əliyev: De, Quran haqqı! (MÜSAHİBƏ)

İDMAN
21:17 05.12.2011
2008
“Bakı” klubunun futbolçusu Elvin Əliyevin apasport.az saytına müsahibəsi- Komandanız öz meydanında “Rəvan”ı penaltilər seriyasında məğlub edərək, mərhələ adladı. Qarşılaşma barədə hansı fikirdəsiniz? - Özümüzdən belə oyun gözləmirdik. Bunun da səbəbi var. Kubokdan öncə “Qəbələ” ilə gərgin çempionat oyunu keçirmişdik. Həmin görüşdə meydança palçıq olduğu üçün xeyli güc itirmişdik. Yəqin ki, kuboka fiziki cəhətdən hazır deyildik. Odur ki, çıxışımız qənaətbəxş olmadı.- “Rəvan” sizdən yaxşı təsir bağışladı. Hətta mərhələ adlamağa daha yaxın idi... - Mərhələ adlaya bilsəydilər, indi 1/4-də olardılar. Fakt odur ki, biz qalib gəldik. Güclü olduq ki, onları qol vurmağa, başqa bir şey etməyə qoymadıq. “Rəvan” belə baxanda, pis komanda deyil, heyətində yaxşı futbolçuları var. Odur ki, bu komanda haqqında pis danışmaq olmaz. Çempionatda ilk “altılığ”a yüksəlib. Neçə komandaya qalib gəlib, neçəsinə baş ağrı olublar. - Penaltilər seriyasında qapıçınız Marko Şarliyadan belə inamlı oyun gözləyirdiniz? - Şarliya artıq uzun müddətdir “Bakı”da çıxış edir. Onlarla epizodda komandanı xilas edib, rəqiblər qol vura bilməyiblər. Bu oyunda da başqa əlacımız olmadığından yalnız Markoya arxayın idik. Özü də dərk edirdi ki, hər şey onun əlindədir. Sağ olsun ki, bizi növbəti mərhələyə çıxardı. Eyni zamanda, futbolçularımız da zərbələri inamlı yerinə yetirdilər. Penaltilərdə qalib gəlmək psixoloji cəhətdən yüksək hazırlığın bəhrəsidir. - Kubokun növbəti mərhələsində AZAL-la oynayacaqsınız. Eyni zamanda, Premyer Liqanın qarşıdakı turunda da bu komanda ilə görüşəcəksiniz. Sabiq klubunuzun gücünü necə dəyərləndirərsiniz? - AZAL baş məşqçi dəyişikliyindən sonra yüksəliş dövrünü yaşayır. Bizi çox çətin oyun gözləyir. Özümüzü bu görüşə psixoloji, fiziki cəhətdən yaxşı hazırlamalıyıq. Bir amili də qeyd etmək lazımdır ki, biz bütün oyunları təbi meydançada keçirmişik, amma onlar sünidə oynayırlar. Bu amil nəsə problem yarada bilər. Məşqlər hesabına bu çatışmazlıqları aradan qaldıracağıq. Düzünü desəm, son turlara qədər AZAL-da birlik görmürdüm. İndi əksinədir, 3 turdur uduzmurlar.- Nazim Süleymanovun vaxtında, eləcə də, bundan öncə AZAL-da çıxış etmisiniz. Bu kluba qarşı hansısa prinsipiniz varmı? - AZAL mənə dar günümdə kömək oldu, bacardığım qədər onların ümidlərini doğrultdum. Mən oynadığım dönəmdə komanda Avropa Liqasına qədər yüksəldi. Canımı qoydum, bacardığımı etdim. Zədəli olsam da, meydana çıxdım. Arada heç bir inciklikdən söhbət gedə bilməz. Mənim üçün doğma klubdur. Futbolçu kimi yetişməyimdə bu komandanın böyük xidmətləri var.- Bir qədər də milli komanda barədə. Sizi yığmaya çağırmayan Berti Foqtsla müqavilənin müddəti artırıldı... - Nə, yenə saxladılar?- Bəli. - De, Quran haqqı!- İcraiyyə Komitəsinin iclasında almaniyalı məşqçi ilə müqavilənin müddəti uzadıldı... - Fikir ver e... Gərək, sən bu xəbəri mənə deməzdin. - Niyə ki? - Heç, nə isə.- Yığmanın qapıları üzünə yenə bağlı olacaq, yoxsa öz oyununla heyətə düşə biləcəksən? - O insan məni 3 il millidən kənarda qoyub. Özünüz də görürsünüz ki, pis-yaxşı oynayıram. Çempion olmuşam, kubok götürmüşəm. Yəqin ki, o qədər zəif deyiləm ki, milliyə layiq olmayam. Futbolçu daha da çox harada inkişaf edir, harada irəli gedir? 3 il futboldan geri qaldım, gərək 2 il də dözək. Foqtsun məni milliyə dəvət etmək barədə heç bir fikri yoxdur.- Əvvəlcədən proqnozlaşdırmaq çox çətin idi ki, Foqts Azərbaycanda qalacaq, yoxsa gedəcək? - Məncə, onun “şələ-şüləsini” yığıb getmək vaxtı idi. Neçə il millidə işlədi, nəticə vermədi.- Siz milli komandanı gücləndirə bilərsiniz?

OXŞAR XƏBƏRLƏR