Müğənni Elvin Abdullayevlə aranjimançı Elvin Musayev işbirliyinə başlayıb
AZXEBER.COM xəbər verir ki, bu haqda musiqiçilərin özləri xəbər verib.
E.Musayev açıqlamasında məqsədinin keyfiyyətli musiqi təqdim etmək olduğunu bildirib."Elvinlə bundan əvvəl bir neçə dəfə işbirliyimiz olub. İndi isə rəsmi şəkildə çalışmaq qərarına gəldik. Məqsədimiz dinləyicilərə keyfiyyətli Azərbaycan musiqisi təqdim etməkdir. İnanıram ki, bu işbirliyi uğurlu alınacaq”.
E.Abdullayev isə "Elvin Musayev hazırda ən tələbatlı aranjimançılardandır. "Həyat dostum”, "O gün” mahnılarımın aranjimanını da ona həvalə etmişdim. Çox da uğurlu alınıb” deyə, bildirib.
Nazim Qasımzadə