Elvin sabahkı matçda oynayacaq? - Açıqlama

Elvin sabahkı matçda oynayacaq? - Açıqlama
İDMAN
20:01 08.07.2026
478
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Elvin Cəfərquliyevin sabah Avroliqa matçında "Vestri”yə qarşı matçda meydana çıxıb-çıxmayacağı ilə bağlı sualı cavablandırıb.

AZXEBER.COM xəbər verir ki, o, müdafiəçinin meydana çıxa biləcəyini istisna etməyib:

"Elvin bizim oyunçumuzdur. Meydana çıxmaq ehtimalı var. Sonradan girəcək, ya əvvəldən oynayacaq, onu deyə bilməyəcəm”.
OXŞAR XƏBƏRLƏR