Tanınmış aktyor Elvin Ağayevin əməliyyatı üçün nəzərdə tutulan 45 min manatdan da artıq məbləğ yığılıb.
AZXEBER.COM xəbər verir ki, bu haqda ARB TV-də yayımlanan "Səni axtarıram" verilişində teleaparıcı Xoşqədəm Hidayətqızı deyib.
Teleaparıcı bildirib ki, Elvinin qardaşı donor ola bilməyib.
Xoşqədəm Hidayətqızı canlı efirdən Elvinə donor olmaq üçün Elvinin qohumlarına səslənib.
Həmin videonu təqdim edirik: