Əlövsət Əliyev azadlığa çıxdı

Əlövsət Əliyev azadlığa çıxdı
SOSİAL
14:42 13.02.2020
2830
Almaniyada azərbaycanlı mühacirlərin saxta sənədlə miqrasiya etməsi ilə bağlı saxlanılan Əlövsət Əliyev azadlığa buraxılıb.

AZXEBER.COM-un Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, bu barədə onun oğlu Türkəl Rüstəmxanlı məlumat verib.

Ə.Əliyev 2019-cu ilin noyabrında alman polisi tərəfindən bir neçə nəfərlə birgə saxlanılmışdı. Almaniya mətbuatının yaydığı məlumata görə, miqrant daşıyan dəstə üzvlәri qaçaq yolla Azәrbaycandan xeyli insanı Almaniyaya aparıblar. 

Bunun üçün miqrantlardan 3-10 min avroyadək pul alınıb. Bununla bağlı keçirilən əməliyyat zamanı saxlanılanlardan biri də "Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev idi.
OXŞAR XƏBƏRLƏR