AFFA-nın baş katibi Elxan Məmmədov yeniliyə imza atıb.
AZXEBER.COM xəbər verir ki, baş katib ilk dəfə olaraq canlı yayımda azarkeşlərin suallarını cavablandırıb.
Rüstəm Əfsərli və Şəmsəddin Abbasovun təqdimatında canlı yayımlanan "Təkbətək” verilişi baş katibin kiçik replikası ilə başlayıb.
Baş katib verilişin adının "Təkbətək" olduğu amma aparıcıların 2 nəfər olmasına təəcübünü gizlətməyib.
Daha sonra sosial şəbəkələrdə azarkeşlərin verdiyi canlı 200-dən artıq sual 3 qrupa bölünərək baş katibə verilib.
Verilişdə Azərbaycan futbolu ilə bağlı bütün suallara cavab verilib.
Nəyə görə əcnəbi baş məşqçi təyinatı, Qurban Qurbanovun istefaya göndərilməsi, milli komandanın hədəfi və 10 illik nəticələrlə başlanan suallar, uşaq futbolu, hakimlik və premyer liqada komanda sayları sayları və digər mövzuları əhatə edib.
2 saat ərzində baş katib sualların hər birini tamamlıqla cavablandırdı. Eyni zamanda canlı yayımda bir sıra yeni xəbərlərdə verən baş katib, həm milli oyunlarının Tofiq Bəhramovda olmamasının səbəbini açıqlayıb.
O bildirib ki, Bəhramov stadionu 50.000-dən artıq ödəniş tələb edir və məntiqli olaraq, AFFA balansında olan stadionda oyunları ödənişsiz keçirir.
Verilişdə ən xoş xəbər isə Tovuzda uşaq futbol Akademiyası açılacağı müjdəsi olub.
Hakimlikdə VAR sisteminin tətbiqi mövzusu da ən vacib nüanslardan idi.
2 saat davam edən canlı yayımda AFFA funksioneri ən qlobal mövzulara açıqlamasını verib.
Baş katibin replikası ilə başlayan canlı yayım, sonda "oyunu siz bitirirsiz, mən davam etməyə" hazıram replikası ilə bütün suallara açıq olduğunu bildirərək bitirib.