AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Operativ Qərargaha təşəkkür etdi.
AZXEBER.COM xəbər verir ki, o deyib:
"Bu gün Premyer Liqada çox maraqlı mövsümə yekun vurulacaq. Sözün əsl mənasında – çox maraqlı! Aylar öncə qeyd etmişdik: çempionatımızda böyük rəqabət var və budur, son tur ərəfəsindəyik – hələ çempion bəlli deyil. Nəinki 3-cü və 4-cü pillənin sahibi müəyyənləşməyib, hətta 5, 6, 7 və 8-ci yeri hansı komandanın tutacağı da bilinmir.
Pandemiya dövründə futbol yarışlarının keçirilməsinə icazə verən Nazirlər Kabineti yanında Operativ Qərargaha və COVİD-19-la bağlı AFFA-nın müvafiq prosedurlarına riayət edən bütün aidiyyəti üzrə şəxslərə təşəkkür edir, koronavirusla əlaqədar heç da asan olmayan dövrdə mövsümü başa vuran komandalarımızı təbrik edirik".