"Oyunda təhlükəsizlik düzgün qurulmamışdı"
AZXEBER.COM xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
O "Dudelanj" - "Qarabağ" oyunu zamanı baş verən hadisəyə münasibətini bildirib.
Baş katib deyib: "Bu hal bir dəfə də baş verib. 2015-ci il Serbiya-Albaniya oyununda dron stadiona gətirilmişdi. Bu böyük qalmaqala səbəb olmuşdu. Nəticə olaraq oyun dayandırıldı və həmin oyundan sonra ciddi sanksiyalar qəbul edildi. Bu hadisədən sonra UEFA bu mövzuya çox ciddi yanaşmağa başladı və dronla çəkilişə belə icazə verilmədi. Eyni halın dünən Dudelanj-Qarabağ oyununda baş verməsi təhlükəsizliyin düzgün qurulmadığının və bunun bizə qarşı təxribat olduğunu deyə bilərəm".
Elxan Məmmədov həmçinin deyib ki, AFFA bu hadisəylə bağlı UEFA-ya rəsmi şəkildə müraciət edib və şikayətini bildirib.
Həmin görüntüləri təqdim edirik: