FIFA-nın Avropa Milli Assosiasiyalar üzrə direktoru, AFFA-nın vitse-prezidenti Elxan Məmmədov Serbiya Futbol Federasiyasının seçkilərində iştirak etmək üçün həmin ölkəyə yollanıb.
AZXEBER.COM xəbər verir ki, yerli media qrumlarına müsahibə verən Məmmədov seçkilərin baş tutmamasına görə üzüntüsünü paylaşıb:
"Mən Elxan Məmmədov, FIFA-nın və UEFA-nın adından burdayam. Çox təəssüflər olsun ki, seçkilər baş tutmadı. Ümid edirəm ki, sabaha qədər problemlər aradan qaldırılacaq və bu seçkilər baş tutacaq.
Artıq Dünya çempionatına 3 həftədən də az vaxt qalıb, ancaq belə bir problemin olması yolverilməzdir. Sabah da bu proses baş tutmasa, FIFA olaraq ölçü götürməyə məcbur olacağıq".