Elxan Məmmədov SKYSports-a müsahibə verdi - VİDEO

Elxan Məmmədov SKYSports-a müsahibə verdi - VİDEO
İDMAN
17:43 02.06.2021
580
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov SkySports telekanalına Bakının turizm imkanları və Qarabağ qələbəmizdən danışıb.
 
AZXEBER.COM həmin reportajın tərcüməsini təqdim edir:

Hə, Uelsin 2 oyunu - İsveçrə və Türkiyəyə qarşı matçlar Bakıda baş tutacaq və bizim müxbir Kreyq Slater  Azərbaycandan Bakıdan səhər verilişimiz üçün xüsusi olaraq Azərbaycan Futbol Federasiyasının vitse prezidenti ilə danışacaq. Uels azarkeşləri Bakıya gələcək, hazırlıq necə gedir , hər şey yüksək səviyyədədir?

Avropanın qarşı tərəfində yerləşən Bakıdan Xəzər dənizi gözəl görünür.

68 mindən artıq tutumu olan BOS AVRO oyunlarında 50% dolu olacaq. 

Bir  çox insan əvvəlcədən artıq bilet və otelləri bron edib. Hər iki oyunda 2 min uelsli azarkeşin olacağı gözlənilir. Onlar ölkəyə səyahət etmək üçün COVİD sertifikatı və negativ COVİD testini təqdim etməlidir ki, restoranlara , barlara və şəhəri gəzməkdə daha azad olsunlar. Uelsin ikinci oyunu Türkiyə ilə keçiriləcək. Və Türkiyədən Bakıya mütəmadi olaraq uçuşlar və gedişlər var.

Elxan Məmmədov:

Hər matç üçün təxmini 2000 uelsli azarkeşin gələcəyi gözlənilir. Və biz artıq bir neçə sorğu almışıq, həmçinin Milli Assosiasiyala və UEFA tərəfdən də bir çox məlumat əldə etmişik.

Jurnalist: Onlara mesajınız nədir? Onlar özlərini Baklda necə göstərməlidir? Bakıya gələn zaman nəyi gözləyəcəklər? Restoran, mağazalar və saat neçəyə qədər şəhərdə ola biləcəklər?

Elxan Məmmədov: Təbii ki, onlar matç və Bakını gəzəndə zövq ala biləcəklər. Görməli yerlər açıqdır- pab, restoranlar da həmçinin. Gözəl havada çimərliyə də gedə bilərlər, Xəzər dənizini görə bilərlər. Məncə, bu onlar üçün gözəl istirahət olacaq. Və onlara Bakıda gözəl vaxt keçirməkdə uğurlar diləyirəm. 

Jurnalist:Uels burada 2 oyun keçirəcək, onlar üçün artıq ev kimi olacaq

Elxan Məmmədov: Bəli, təbii ki, Bakıya gələn ilk komanda olacaq (7 iyun) və burada ən uzun müddət qalan komanda olacaq. Gözəl vaxt keçirəcəklər. Daha əvvəldən  təcrübələri var. Bundan əvvəl təsnifat oyunları keçirilib. Düşünürəm ki, bu milli komanda və azarkeşlər üçün yaxşı təcrübə olacaq  

Bizim üçün də keçən il çox önəmli idi, çünki nəhayət ədalət öz yerini tapdı. İşğal altında qalan torpaqlarımlz azad olundu və 20% işğal altında olmuş ərazilərə sülh qayıtdı. Bu arada Qarabağ FK- nun 1980-ci illərdə çıxış etdiyi Ağdam şəhərinə də getmişdim. Möhtəşəm stadion və ab-hava var idi 1980lərdə. 30 il ərzində stadion məhv edilib, təəssüf ki. Buraya səfər etdik və bu yaxınlrada hökümət stadionun yenidən tikiləcəyini bildirdi. Və oraya qayıdacağımızı, beynəlxalq və milli oyunları orada keçirməyi gözləyirik. Sülh və ədalətin yenidən qayıtdığına çox sevinirik.

Bakıda gələcəyə optimizm çoxdur

Təbii ki, burada optimizm həmişə olub və olacaq. Gördüyünüz kimi, indi Bakı həm də Formula1-ə hazırlaşır. Və ondan sonra Avropanın ən möhtəşəm futbol turnirlərindən biri olan AVRO-nu keçirəcəyil.

Türkiyə - Uels qarşılaşmasında fərqli ab-hava olacaq. Uels üçün hətta səfər matçı kimi də görünəcək

Stadionda özünü evindəki kimi hiss etmək bir az çətin olacaq , çünki daimi  uçuşlara görə daha çox türkiyəli azarkeşlərin gələcəyini gözləyirik. Təxmini hər matç üçün 12min türkiyəli azarkeşlərin gələcəyi gözlənilir. 50% insanla əsl futbol ab-havası olacaq.

12 aylıq pandemiyadan sonra Avro üçün maksimum nəticə göstərmək istəyirik. Futbol ab-havası və festivallar üçün maksimum güc sərf edəcəyik. Digər 10 ölkədən olan kolleqalarım da bunu edəcək, çünki bu cür şans 1 dəfə düşür.
 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu gün xoş xəbər alacaq 3 bürc
10:53 07.10.2026
Bu gün xoş xəbər alacaq 3 bürc
"Der Spiegel" və digər xarici KİV-də yayılan iddialara Azərbaycandan reaksiya
10:52 07.10.2026
"Der Spiegel" və digər xarici KİV-də yayılan iddialara Azərbaycandan reaksiya
İtkin düşmüş heç bir vətəndaşımız unudulmur - İlham Əliyev
10:48 07.10.2026
İtkin düşmüş heç bir vətəndaşımız unudulmur - İlham Əliyev
Radius “Canlı əfsanələr” layihəsinin 2026 kolleksiyasını Qurban Qurbanova həsr edir
10:41 07.10.2026
Radius “Canlı əfsanələr” layihəsinin 2026 kolleksiyasını Qurban Qurbanova həsr edir
Qadınlara ödənilən müavinətlə bağlı mühüm dəyişikliklər - 8 min manat...
10:16 07.10.2026
Qadınlara ödənilən müavinətlə bağlı mühüm dəyişikliklər - 8 min manat...
Əli Nağıyev: Hazırda Azərbaycanın itkin düşən şəxslərinin sayı 4010 nəfərdir
10:00 07.10.2026
Əli Nağıyev: Hazırda Azərbaycanın itkin düşən şəxslərinin sayı 4010 nəfərdir
Gəmidə həlak olan Rüstəm Həsənov polkovnik imiş
09:53 07.10.2026
Gəmidə həlak olan Rüstəm Həsənov polkovnik imiş
Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
09:48 07.10.2026
Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
09:45 07.10.2026
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
Azərbaycan Britaniya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirə bilər
09:44 07.10.2026
Azərbaycan Britaniya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirə bilər
Bakıda avtobusla minik avtomobili toqquşdu: sürücü sıxılmış vəziyyətdə qaldı - VİDEO
09:41 07.10.2026
Bakıda avtobusla minik avtomobili toqquşdu: sürücü sıxılmış vəziyyətdə qaldı - VİDEO
Messi Argentina millisində 126-cı qolunu vurdu, Ronaldo 146 qolla öndədir
09:36 07.10.2026
Messi Argentina millisində 126-cı qolunu vurdu, Ronaldo 146 qolla öndədir
Bakı sakini İsmayıllıda bıçaqlanıb
09:30 07.10.2026
Bakı sakini İsmayıllıda bıçaqlanıb
Husilər Ər-Riyad beynəlxalq hava limanını ballistik raketlərlə vurdular
09:25 07.10.2026
Husilər Ər-Riyad beynəlxalq hava limanını ballistik raketlərlə vurdular
“Neftçi”nin futbolçusu Messiyə xüsusi hədiyyələr təqdim etdi
09:20 07.10.2026
“Neftçi”nin futbolçusu Messiyə xüsusi hədiyyələr təqdim etdi
76 ilin iqlim rekordu qırıla bilər - “El Nino” ilə bağlı xəbərdarlıq
09:14 07.10.2026
76 ilin iqlim rekordu qırıla bilər - “El Nino” ilə bağlı xəbərdarlıq