Elxan Məmmədov UEFA-nın baş katibi ilə görüşdü

İDMAN
16:29 24.05.2013
1214
Bu gün Böyük Britaniyanın paytaxtı London şəhərində UEFA-nın XXXVII növbəti konqresi keçirilir.AZXEBER.COM-un AFFA-ya istinadən verdiyi xəbərə görə, konqresə qatılmaq üçün gedən AFFA-nın baş katibi Elxan Məmmədov səfər çərçivəsində UEFA-nın baş katibi Gianni İnfantino və UEFA-nın Milli Assosiasiyalar üzrə direktoru Teodor Teodorislə görüşüb.AFFA-nın prezidenti Rövnəq Abdullayevin göstərişinə əsasən E. Məmmədov UEFA rəhbərliyinə Azərbaycan prezidenti İlham Əliyevin 2020-ci ildə təşkil olunacaq futbol üzrə Avropa çempionatının oyunlarının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı sərəncam imzaladığını və AFFA-ya hazırlıq işlərinə başlamaq səlahiyyəti verildiyi barədə məlumat verib.Qeyd olunub ki, bu sərəncamla Azərbaycan prezidenti 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarının Bakıda keçirilməsinə dövlət səviyyəsində dəstək veriləcəyini bildirib. UEFA rəsmilərinin diqqətinə çatdırılıb ki, AFFA yaxın gələcəkdə tələb olunan bütün sənədlərin hazırlığına başlayacaq.
OXŞAR XƏBƏRLƏR