Elxan Süleymanov: “Bu, Azərbaycanın ciddi uğurudur”

Elxan Süleymanov: “Bu, Azərbaycanın ciddi uğurudur”
SİYASƏT
14:27 06.05.2016
1287

Ağ Evdə açılan Qarabağa dair petisiyaya 330 minə yaxın insan səs verib; bir aylıq kampaniyanın yekunlarına dair mətbuat konfransı keçirildi

Mayın 6-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Ağ Ev administrasiyasına ünvanlanan "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə" petisiya layihəsinin yekunlaşmasına dair mətbuat konfransı keçirildi.
Mətbuat konfransında petisiya ilə bağlı bağlı bir ay ərzində görülən işlərə həsr olunmuş video-çarx nümayiş etdirilib. Layihənin müəllifi, AVCİYA prezidenti, deputat Elxan Süleymanov dedi ki, mayın 6-dək indiyədək petisiyaya 330 minə yaxın səs toplanıb. Onun sözlərinə görə, mayın 6-da petisiyanın qeydə alınması üçün minimal imza limitinin toplanması başa çatır. Amma Ağ Ev Administrasiyası müraciətə cavab verən günədək petisiya imzalamaq üçün açıq saxlanılır: "İyulun 6-dək Obama Administrasiyası müraciətə cavab verməlidir. Biz 26 yanvar 2016-cı ildə AŞPA-nın sessiyasında 2085 saylı qətnamənin qəbul olunması ilə çox böyük uğur qazandıq. Çünki indiyə qədər AŞPA-da Ermənistanı işğalçı dövlət kimi tanınmırdı. Bu qətnamə ilə Ermənistana işğalçı damğası vuruldu. Biz ümid edirik ki, Obama Administrasiyası Avropanın 45 ölkəsinin səs verdiyi i 2085 saylı qətnaməyə adekvat münasibət bildirəcək, onu dəstəkləyəcək".
Deputat bildirib ki, səsvermədə Azərbaycan vətəndaşları ilə yanaşı, Türkiyə vətəndaşları da aktiv iştirak ediblər: "Türkiyənin hakim partiyası olan AKP, həmkarlar ittifaqları, deputatlar, məşhur müğənnilər, futbolçular hər kəsi petisyaya səs verməyə çağırdılar. Onlara təşəkkürümüzü bildirirk. Həmçinin, bu layihəni işıqlandıran, petisyanın linkini yerləşdirərək insanları ona səs verməyə çağıran media orqanlarına dərin təşəkkürümüzü bildirirk".
Elxan Süleymanov deyib ki, petisiyada təkcə Azərbaycan xalqının, bizi dəstəkləyən toplumların mövqeyini deyil, AŞPA-nın işğal faktını rəsmiləşdirilən 2085 saylı qətnaməsi əks olunur: “45 üzv dövlətin səs verdiyi bir qətnaməyə Ağ Evdən dəstək tələb edirik. Ümid edirik ki, Ağ Evin reaksiyası gerçəkliklərə uyğun olacaq”.
Deputat qeyd edib ki, 2-5 apreldə yaşanan qısamüddətli müharibə dünyaya bir mesaj olub: “Həmin döyüşlər və bir sıra ərazilərimizi geri almağımız Azərbaycanın ciddi uğurudur. Biz bir daha göstərdik ki, bir qarış da olsun torpağımızı güzəştə getməyəcəyik. Bu döyüşlərdən sonra uzun illərdir beynəlxalq aləmdə susmuş dillər nəhayət ki, tərpəndi, sanki onların donunu açdıq. Ən ciddi bir məsələ də o oldu ki, Azərbaycanda xüsusi ilə gənclər arasında böyük ruh yüksəkliyi yarandı, vətənpərvərlik hissləri artdı. Biz petisiya ilə bağlı 19 təhsil müəssisəsində görüşlər keçirərkən bunun bir daha şahidi olduq ki, gənclərimiz ayaqdadır və biz torpaqlarımızı azad etməyə hazırıq. Gənclər canından keçməyə hazırıdırlar”.
E.Süleymanov bildirdi ki, ATƏT-in Minsk Qrupunun indiyə qədərki fəaliyyəti yalnız Ermənistanın maraqlarına xidmət edib: “Onlar məsələyə “Qarabağ münaqişəsi” deyə yanaşırlar. “Münqaişə” sözünün özü bizim maraqlarımıza ziddir, çünki burada söhbət Azərbaycan torpaqlarının işğalından gedir. AŞPA- qətnaməsində isə işğal faktı ilk cümlədə qeyd edilir. Bu, bizim ciddi nailiyyətimizdir. Petisiyanın da məhz bu sənədə istinad edilməsi çox mühümdür və uğurludur”.
Təbdirdə çıxış edən AVCİYA-nın vitse-prezidenti Elçin Salmanov isə qeyd etdi ki, layihə çərçivəsində 16 ali təhsil müəssisəsində və 2 orta məktəbdə professor-müəllim heyəti, 10 mindən çox tələbə ilə görüşlər keçirilib. Layihəyə Azərbaycan ictimaiyyəti böyük dəstək verib, nəticədə 100 min səsə qarşı 330 minə yaxın səs toplanılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İngiltərəli futbol hakimi 2026-cı ilin yayına qədər diskvalifikasiya olunub
20:10 28.02.2025
İngiltərəli futbol hakimi 2026-cı ilin yayına qədər diskvalifikasiya olunub
HAMAS İsraillə razılaşmanın növbəti mərhələsinə keçməyə hazırdır
19:55 28.02.2025
HAMAS İsraillə razılaşmanın növbəti mərhələsinə keçməyə hazırdır
“Turkmenistan Airlines” Moskvaya uçuşların dayandırılmasını martın sonuna qədər uzadıb
19:42 28.02.2025
“Turkmenistan Airlines” Moskvaya uçuşların dayandırılmasını martın sonuna qədər uzadıb
"Barselona" İspaniya klubunun qapıçısı ilə maraqlanır
19:31 28.02.2025
"Barselona" İspaniya klubunun qapıçısı ilə maraqlanır
Mask: Vens ABŞ-nin növbəti prezidenti ola bilər
19:18 28.02.2025
Mask: Vens ABŞ-nin növbəti prezidenti ola bilər
Oxot dənizində 200 balıqçı buz kütləsinin üzərində köməksiz qalıb
19:09 28.02.2025
Oxot dənizində 200 balıqçı buz kütləsinin üzərində köməksiz qalıb
"Arsenal" almaniyalı futbolçu ilə danışıq aparır
18:56 28.02.2025
"Arsenal" almaniyalı futbolçu ilə danışıq aparır
Almaniya ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq dayandırılır
18:46 28.02.2025
Almaniya ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq dayandırılır
ETX: Vətəndaşlar “Facebook” üzərindən saxta keçidlərə yönləndirilir
18:33 28.02.2025
ETX: Vətəndaşlar “Facebook” üzərindən saxta keçidlərə yönləndirilir
XİN: Rusiya və ABŞ birbaşa uçuşların bərpası imkanlarını nəzərdən keçirir
18:13 28.02.2025
XİN: Rusiya və ABŞ birbaşa uçuşların bərpası imkanlarını nəzərdən keçirir
Fazil Qasımova 10 il həbs cəzası istənilib
18:01 28.02.2025
Fazil Qasımova 10 il həbs cəzası istənilib
Azərbaycan kinoteatrlarına Özbəkistan istehsalı yeni super-komediya gəlir
17:47 28.02.2025
Azərbaycan kinoteatrlarına Özbəkistan istehsalı yeni super-komediya gəlir
İnfarkt keçirən Özcan Dəniz Bakıda - “Özümü çox yaxşı hiss edirəm” - FOTOLAR
17:33 28.02.2025
İnfarkt keçirən Özcan Dəniz Bakıda - “Özümü çox yaxşı hiss edirəm” - FOTOLAR
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir - FOTOLAR
17:30 28.02.2025
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir - FOTOLAR
ADU-da "Süni intellekt dövründə media: Yeni çağırışlar" mövzusunda tədbir keçirilib - FOTOLAR
17:20 28.02.2025
ADU-da "Süni intellekt dövründə media: Yeni çağırışlar" mövzusunda tədbir keçirilib - FOTOLAR
İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib
17:18 28.02.2025
İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib