Elza Ronaldoya müraciət etdi, Mahir Şükürov araya girdi - Foto

MARAQLI
14:42 11.07.2016
3646
Fransada keçirilən Avropa Çempionatına (AÇ-2016) yekun vurulub.
Bu gecə keçirilən final matçında Portuqaliya millisi Fransanı məğlub edərək (1:0), kuboku başı üzərinə qaldırıb.
Bu böyük idman hadisəsi ölkə futbol ictimaiyyəti ilə yanaşı, yerli şou-biznes nümayəndələrinin də diqqətindən yayınmayıb. Əməkdar artist Elza Seyidcahan final matçı ilə bağlı İnstaqram-dakı hesabından paylaşım edib. Portuqaliyanın qələbəsinə sevinən tanınmış müğənni Ronaldonun da zədələnərək, meydanı erkən tərk etməsinə üzülüb. O, ulduz futbolçunun erkən əvəzlənməsinə belə münasibət bildirib: "Ronaldo, səndən gözləməzdik!" Bu müraciətinə Ronaldonu da "tag" edib.
Maraq üçün onu da alvə edək ki, xanım müğənninin paylaşımına millimizin sabiq futbolçusu Mahir Şükürov da reaksiya verib. O da araya girərək qələbəyə görə Elza xanımı təbrik edib.
Sizi həmin paylaşımlarla tanış edirik:
////1xəbər.com
OXŞAR XƏBƏRLƏR