54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd Elza Seyidcahan MSK-ya şikayətini təqdim edib.
AZXEBER.COM xəbər verir ki, əməkdar artist MSK-dan çıxarkən jurnalistlərin suallarını cavablandırıb.
O deyib ki, MSK-dan ədalətli qərar gözləyir: "Mən şikayətimi təqdim etmişəm, ədalətli qərar gözləyirəm".
Bilirsiz ki, bəzi namizədlər aksiya keçirib, bəs siz niyə qatılmadız" sualına ifaçı belə cavab verib:
"Əvvəla mən xəstə idim. Bundan başqa da aksiyaya ehtiyac görmürəm. Əminəm ki, MSK ən düzgün qərarı verəcək. Çünki Məzahir Pənahov ağı qaradan ayıra bilir".