Əməkdar artist Elza Seyidcahan “Bu şəhərdə” komandasını məhkəməyə verməyə hazırlaşır.
Əməkdar artist bu haqda sosial şəbəkədə məlumat yayıb:
“Hörmətli Müşfiq, Rafael və Coşqun, mən sizə xəbərdarlıq etmişdim ki, məni bir də parodiya etsəniz, sizinlə məhkəmədə görüşəcəyəm. Axı niyə belə etdiniz?”.
Qeyd edək ki, “Bu şəhərdə” komandası martda Heydər Əliyev sarayında keçiriləcək konsert proqramında Elza Seyidcahanın şeirlərini səsləndirəcək.