Elza təxirə saldığı konsertindən danışdı

Elza təxirə saldığı konsertindən danışdı
MAQAZİN
23:05 14.03.2023
272
Əməkdar artist Elza Seyidcahanın 28 mart tarixində solo konserti baş tutacaq.

AZXEBER.COM xəbər verir ki, "Mahnılar və şeirlər” adlı solo konsertin fevralın 28-də keçirilməsi planlaşdırılırsa da, tədbir təxirə salınıb.

Məsələ ilə bağlı təəssüratlarını öyrənmək üçün əməkdaşımız bəstəkar, müğənni Elza Seyidcahan ilə danışıb.

Müğənni solo konsertini Türkiyədə baş verən zəlzələ səbəbindən təxirə saldığını söyləyib:
 
"Qardaş Türkiyədə baş verən zəlzələyə görə fevralın 28-nə planlaşdırılan konserti bir aylıq təxirə saldım. O vəziyyətdə konsert verə bilməzdim. İndi sayılı günlər qalıb. Məşq edirik. Sevənlərimizin qarşısına maraqlı performansla çıxacağıq”.
OXŞAR XƏBƏRLƏR