Elza Tovuzda döyülməsindən danışdı: 'Bir sərxoş dedi ki...'

Elza Tovuzda döyülməsindən danışdı:
MAQAZİN
14:42 02.05.2016
5091
Bu günlərdə sosial şəbəkələrdə bəstəkar-müğənni Elza Seyidcahanın Tovuzda döyüldüyü barədə məlumatlar yayılıb.
Məlumata görə, hadisə Tovuz rayonunun Qovlar kəndində yerləşən restoranların birində, toy məclisində baş verib. Müğənninin döyülməsinə səbəb isə tez-tez mikrofona Tovuzda xoş qarşılanmayan “toş-toş” sözünü deməsi olub.
Məsələ ilə əlaqədar Elza Seyidcahan ilə əlaqə saxladıq.
Musavat.com-a danışan müğənni sonuncu dəfə Tovuzda nə zaman olduğunu xatırlamadığını dedi:“Haqqımda nə yazdıqları məni maraqlandırmır. Bu barədə danışmaq istəmirəm. Axrıncı dəfə heç yadıma gəlmir ki, Tovuzda nə vaxt toyda olmuşam. Məni niyə döyməlidirlər? İnsanlar canlarını, başlarını mənim yolumda verməyə hazırdılar. Şükür Allaha mən bunu qazanmışam. Bunu yazanlar yəqin ki, cəzalarını tapar. Məni belə şeylər maraqlandırmır, bu haqda danışmaq istəmirəm. Bu an mənim böyük layihələrim var. Onlar haqqında danışa bilərəm”.
Bəstkar-müğənni heç bir zaman toylarda xoşagəlməz hadisə ilə rastlaşmadığını dedi:“Elza Seyidcahanı sərxoş adamlar görəndə ayılırlar, özlərini yığışdırırlar, o ki, qaldı ağlı başında olan adamlar... Sərxoş adamlar məni görəndə ayılır və gözlərinə inanmırlar. Bir dəfə məclisdə olmuşduq. Bir sərxoş qaça-qaça gəlib, dedi ki, “Bu, Mixaylodur?” Yəni, gözlərinə inanmırdı ki, qarşısındakı Elza Seyidcahandır. Damla-damla qazandığım məhəbbətə görə əlbəttə, xalqımıza borcluyam ki, pisi yaxşıdan, ağı qaradan ayırmağı bacarır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub
14:33 20.09.2025
Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub
Şəmistan Nəzirli vəfat edib
14:31 20.09.2025
Şəmistan Nəzirli vəfat edib
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
14:14 20.09.2025
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
13:50 20.09.2025
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
13:41 20.09.2025
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
13:35 20.09.2025
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
13:23 20.09.2025
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
13:14 20.09.2025
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
13:12 20.09.2025
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
13:07 20.09.2025
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Azərbaycan paracüdoçusu Avropa çempionatında finala yüksəlib
12:59 20.09.2025
Azərbaycan paracüdoçusu Avropa çempionatında finala yüksəlib
Dnepropetrovskə hücum nəticəsində ölənlərin sayı 3-ə, yaralıların sayı isə 30-a çatıb
12:53 20.09.2025
Dnepropetrovskə hücum nəticəsində ölənlərin sayı 3-ə, yaralıların sayı isə 30-a çatıb
Marta Kos: Aİ və Ermənistan heç vaxt indiki qədər bir-birinə yaxın olmayıb
12:49 20.09.2025
Marta Kos: Aİ və Ermənistan heç vaxt indiki qədər bir-birinə yaxın olmayıb
Xankəndidə Şəhər Günü qeyd olunur
12:45 20.09.2025
Xankəndidə Şəhər Günü qeyd olunur
Turistlər Antalyadakı hotellərdən təxliyə olunurlar
12:41 20.09.2025
Turistlər Antalyadakı hotellərdən təxliyə olunurlar
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO
12:41 20.09.2025
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO