Elza və Anar canlı yayımda barışdılar: "Valideynlərindən üzr istəyirəm” - Video

Elza və Anar canlı yayımda barışdılar: "Valideynlərindən üzr istəyirəm” - Video
MAQAZİN
14:03 26.01.2018
1659
Uzun müddətdir küsülü olan əməkdar artist Elza Seyidcahan və stilist Anar Ağakişiyev barışıb.
 
AZXEBER.COM xəbər verir ki, bu gün "Hər şey daxil” verilişinə qonaq olan hər iki məşhur bir-birləri haqda xoş sözlər deyib. Elza xəstə olmasına baxmayaraq, Anara görə efirə gəldiyini bildirib.
 
Stilist Anar da Elzanın bu hərəkətini xoş cavab verib və onlar canlı yayımda görüşüb, öpüşüblər.
 
Daha sonra əməkdar artist Anara qarşı olan sevgisini dilə gətirib.
 
"Mən Anarı qəlbimin dərinliklərində sevmişəm. Ən başda övladlarımdan və Anarın valideynlərindən üzr istəyirəm. Mən böyük idim, bəlkə də mən böyüklük edib, onun xətrinə dəymişəm".
 
Anar da Elzanın bu sözlərindən sonra "Elza övladlarına gözəl tərbiyə verib. Bu qalmaqal zamanı da onun övladları ilə görüşəndə hörmətlə salamlaşırdıq.”
 
Qeyd edək ki, barışıq addımını ilk olaraq əməkdar artist Elza Seyidcahan atıb.
 

Nazim Qasımzadə
AZXEBER.COM
 
OXŞAR XƏBƏRLƏR