EMİN “Wonder” albomunu təqdim edib, yeni konsert proqramını nümayiş etdirib

EMİN “Wonder” albomunu təqdim edib, yeni konsert proqramını nümayiş etdirib
ŞOU-BİZNES
17:25 26.12.2010
1838

APA-nın məlumatına görə, anşlaqla baş tutan konsertdə bir çox yaddaqalan məqamlar da yaşanıb. EMİN-in konserti üçün saray səhnəsində xüsusi böyük ölçülü 3 Led ekran quraşdırılıb. Ötən konsertlərdə olduğu kimi, bu dəfə də səhnə dizaynında, əsasən qara rəngdən istifadə olunub.

EMİN Azərbaycan tamaşaçısını salamlayıb, bu səhnədə çıxış etməyin onun üçün çox xoş olduğunu bildirib: “Bu il ərzində bir çox şəhərdə konsertlərim olub. Həmin şəhərlərdə 20-25 dərəcə soyuq olduğu halda, Bakı hər zamankı kimi günəşlidir. Burada beşinci albomumun təqdimatını mənimlə birgə keçirdiyiniz üçün hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm”.

EMİN konsertin ilk dəqiqələrindən zalı ələ almağı bacarıb. Müğənninin hər ifası alqışlarla və “bravo” sədaları ilə müşayiət olunub. EMİN konsertdə iştirak edən hər bir tamaşaçıya xüsusi diqqət ayırıb. Ona yaxınlaşıb gül dəstəsi verən və avtoqraf istəyənlərin hər birini hörmətlə yanaşıb.

EMİN-i səhnədə altı musiqiçi və üç bek-vokal müşayiət edib. İki saata yaxın davam edən konsertdə müğənni, hər proqramında olduğu kimi SSRİ xalq artisti, Azərbaycanın unudulmaz müğənnisi, eyni zamanda ailəsinin yaxın dostu Müslüm Maqomayevi də xatırlayıb. Səhnədə qurulmuş böyük ekranda Müslüm Maqomayevin ifasında özünün bəstələdiyi “Sinyaya vecnost” mahnısı nümayiş etdirilib. Müğənni pərəstiş etdiyi və özünə sənət müəllimi hesab etdiyi bu böyük səs qarşısında baş əyib, hər zaman ona bənzəməyi arzu etdiyini deyib: “Heç kimə sirr deyil ki, Müslüm Maqomayev bənzərsiz səsə malik olub. Hər zaman hansısa hərəkətimlə ona bənzəmək istəmişəm. Onun bu möhtəşəm ifasını göstərməkdə məqsədim bütün dünyada Mülsüm Maqomayev böyüklükdə sənətkarın olmadığını xatırlatmaq idi”. EMİN “My way” və “Bremen musiqiçiləri” cizgi filmində böyük sənətkarın ifa etdiyi Trubadorun mahnısını Müslüm Maqomayevin xatirəsinə ithaf edib.

Konsertdə müğənni həm köhnə, həm də yeni mahnılarını oxuyub. O, “Still”, “Wonder”, “All i need to night”, “Beautifull day”, “Tomorrow” mahnılarını ifa edib. Ruh filmindən hər kəsin sevdiyi “Unchained melody” mahnısını isə həyat yoldaşı Leyla Əliyevaya həsr edib və bu mahnının ifası zamanı səhnədən tamaşaçı salonuna düşərək xanımının yanına gəlib, ona bir qırmızı qızılgül verib. Daha sonra EMİN Heydər Əliyev Sarayının ən sonuncu tamaşaçı sırasına kimi qalxıb. O, tamaşaçılara avtoqraflar verib, fotolar çəkdirib. Daha sonra EMİN repertuarında olan və bir çox radio dalğalarında səsləndirilən “Always” mahnısını oxuyub və bildirib ki, bu mahnı artıq Londonun əsas radiostansiyasında da yayımlanır.

Müğənni proqramı bitirdikdən sonra, tamaşaçıların alqışları altında yenidən səhnəyə qayıdıb və daha bir neçə mahnı ifa edib. EMİN-in yeni proqramını izləməyə gələnlər arasında dövlət rəsmiləri də olub. Müğənninin bu konserti də xeyriyyə məqsədli olub. Konsertdən əldən olunan vəsait Azərbaycanda uşaq evlərinə veriləcək.

Konsertdən sonra isə EMİN “fan-klub”u ilə görüşüb. Onlara avtoqraf verib, foto çəkdirib. Müğənni pərəstişkarlarına üzərində EMİN yazılmış futbolkalar və yeni diskini də hədiyyə edib. Konsertə gələn hər bir tamaşaçıya da EMİN-in yeni albomundan hədiyyə edilib.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
23:48 31.05.2025
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
23:24 31.05.2025
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
23:14 31.05.2025
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
22:57 31.05.2025
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
22:28 31.05.2025
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
22:18 31.05.2025
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
22:06 31.05.2025
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
21:56 31.05.2025
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
21:43 31.05.2025
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
21:23 31.05.2025
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
21:16 31.05.2025
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü
21:10 31.05.2025
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü
Tərtərdə qəza - Bir ailənin 3 üzvü xəsarət aldı
20:57 31.05.2025
Tərtərdə qəza - Bir ailənin 3 üzvü xəsarət aldı
İzmirdə meşə yanır, 7 helikopter cəlb olunub
20:33 31.05.2025
İzmirdə meşə yanır, 7 helikopter cəlb olunub
HAMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib
20:11 31.05.2025
HAMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib
Salyanda 40 tonluq ot tayası yandı
19:49 31.05.2025
Salyanda 40 tonluq ot tayası yandı