Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru cərimələndi

Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru cərimələndi
SOSİAL
11:22 05.02.2020
1635
Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Vüqar Abdullayev cərimələnib.

AZXEBER.COM-un "Qafqazinfo”ya istinadən verdiyi xəbər görə, bu barədə Binəqədi rayon məhkəməsi qərar çıxarıb.

V.Abdullayev İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə) maddəsi ilə ittiham edilərək iki min manat cərimələnib.

Lakin V.Abdullayev bu qərarla razılaşmayıb və apellyasiya şikayəti verib. Hazırda onun işinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun sədrliyi ilə baxılır. Fevralın 4-də keçirilən baxış iclası fevralın 7-nə təxirə salınıb.
OXŞAR XƏBƏRLƏR