Əmək hüquqları pozulan şəxslərlə bağlı Müfəttişlikdən - AÇIQLAMA

Əmək hüquqları pozulan şəxslərlə bağlı Müfəttişlikdən -  AÇIQLAMA
SOSİAL
12:05 22.09.2026
157
Son bir ay ərzində əmək istismarı ilə bağlı üç fərqli obyekt - "Bantik” kosmetika mağazası, "Saxara” gözəllik salonu və "Cofe Lavin” iaşə obyekti barədə şikayətlər gündəmə gəlib. Sözügedən iddialar işçilərin əmək hüquqlarının pozulması və iş şəraitində qanunvericiliyin tələblərinə əməl olunması ilə bağlı suallar yaradıb.

Bəs aidiyyəti quruma bu müəssisələrlə bağlı müraciətlər daxil olubmu və səsləndirilən iddialar araşdırılıbmı?

Dövlət Əmək Müfəttişliyi Xidmətindən AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib ki, quruma daxil olan məlumatlar aidiyyəti üzrə araşdırılır:

"Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan vətəndaş müraciətləri, eləcə də sosial şəbəkələrdə və mediada yayılan əmək hüquqlarının pozulması ilə bağlı məlumatlar qanunvericiliyin tələblərinə uyğun olaraq qeydiyyata alınır və aidiyyəti üzrə araşdırılır”.

Qurumdan qeyd edilib ki, araşdırmanın nəticəsinə uyğun olaraq müəyyən tədbirlər görülür:

"Yayılan məlumatlarda əmək qanunvericiliyinin pozulması ehtimalı olduqda, həmin məlumatlar əsasında müvafiq araşdırma tədbirləri həyata keçirilir. Araşdırmanın nəticəsinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulan tədbirlər görülür”. 

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR