Əmək müqavilələri niyə imzalanmır?

İQTİSADİYYAT
15:57 14.05.2013
2244
Heç kimə sirr deyil ki, əmək müqaviləsinin bağlanması üçün ciddi addımlar atılmasına rəğmən bu sahədə yenədə qanun pozuntuları davam edir. Bəzi hallarda işçi ilə işəgötürən arasında sadəcə şifahi razılıq olsa da, əmək müqaviləsi imzalanmır. Bu halda işəgötürən işçinin əməkhaqqının bir hissəsini (və ya bütün əməkhaqqını) ödəməsə, işçinin məhkəməyə şikayət etməyinin heç bir mənası olmur.Tikinti biznesinin sürətlə inkişaf etdiyi Azərbaycanda, təkcə baş menecer, mühasib və baş mühəndislərin bir qismi ilə əmək müqaviləsi bağlanılır. Fəhlələr isə ehtiyaclarını ödəmək üçün məcburiyyətdən yalnız şifahi razılığa əsasən gündəlik ödənilən məbləğlə kifayətlənməli olurlar.İqtisadçı ekspert Azər Mehdiyev məsələ ilə bağlı AZXEBER.COM-a açıqlamasında deyib ki, bu cür qanun pozuntuları xüsusən özəl tikinti sektorunda gedir ki, bu şirkətlərin əksəriyyəti isə məmurlara aiddir.“Heç kəsə sirr deyil ki, bu gün ölkədə şirkətlərin əksəriyyəti fərdi, konkret şəxslərin istisamarı altındadır. Konkret şəxslər dedikdə bu dövlət məmurları deməkdir ki, onlara bu cür, yəni əmək müqaviləsi olmadan işçi götürmək sərf edir. Nəzərə alsaq görərik ki, bu gün ölkədə tikinti sektorunda özəl müəssələrin əksəriyyəti onlara, yəni məmurlara məxsus şirkətlərdir. Faktiki olaraq mübarizə məmurlarla aparılmalıdır ki, şirkətlərinə işçi götürərkən əmək müqaviləsinin bağlanmasını fəhlələrə məcbur etsinlər. Əmək müqaviləsinə edilən pozuntuların əksəriyyəti tikinti sektorundadır. Ona görədə, Vergilər Nazirliyinin əməkdaşları hər hansı kiçik müəssələrin yox, daha böyük müəssələrin iş sisteminə diqqət yetirməlidirlər ki, buda ən çox tikinti şirkətlərinin payına düşür”. Ekspert onu da qeyd etdi ki, bu gün iş həyatına yeni atılan gənclər öz hüquqlarını bilmədiyinə, perspektivliliyin az olmasına görə bu işbazların qurbanına çevrilirlər.“Əmək müqaviləsi pozuntuları həm də yeni iş həyatına atılan gənclərə qarşıdır. Belə ki, ali məktəbi yeni bitirmiş, peşakarlıq səviyyəsi nisbətən zəif, səriştəsiz gəncləri daha çox praktikant olaraq çalıştırmağa üstünlük verirlər ki, buda onların əmək hüquqlarının pozuntularına səbəb olur”.Ekspertin sözlərinə görə : ”Bu cür pozuntuların olmaması üçün ilk olaraq ölkə iqtisadiyyatının özəl sektorunda gedən proseslərə ciddi diqqət etmək lazımdır”.Fatimə İbrahimova

OXŞAR XƏBƏRLƏR