Simarə İmanova evlərinin yanmasına aydınlıq gətirib
Əməkdar artist Simarə İmanova anasının ata yurdunu yandırması xəbərinə aydınlıq gətirdi. Xəbərin belə yayılmasına etiraz edən muğam ifaçısı ANS PRESS-ə açıqlamasında evin yandığını təsdiqləsə də, onun anası tərəfindən yandırılmasının şayiə olduğunu bildirdi. "Evin hansı səbəbdən yanması haqqında bütün sənədləri verə bilərəm. Anam dişi ilə, dırnağı ilə tikdiyi evini necə yandıra bilər? Ağlı yerində olmayan adam belə hərəkət edə bilər. Bir ilə yaxındır ki, bu hadisə baş verib. Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin, rayon İcra Hakimiyyətinin rəsmi sənədləri var. Bu sənədlərdə də əsaslandırılıb ki, ev qısaqapanmadan yanıb. Anamın yandırması barədə deyilənlər qeyri-dəqiqdir. Yalan-yanlış şeylərdir", - deyə o vurğuladı. Anasının xəstə olduğunu qeyd edən Simarə xanım onun uzun müddətdir Bakıda yaşadığını deyir: "Anam yaşlı adamdır, xəstədir. Heç gözü də yaxşı görmür. Evimiz yanmamışdan əvvəldən Bakıda qalır. Burada müalicə alır. Bütün qonum-qonşu da bilir ki, anam nə vaxtdandır Bakıdadır, müalicə alır, dava-dərmanlarla yaşayır".