Əməkdar artist: "Ermənilər məni öldürmək istəyirdilər"

Əməkdar artist: "Ermənilər məni öldürmək istəyirdilər"
ŞOU-BİZNES
14:03 16.11.2016
579
"Dedim ki, Qarabağ bizimdir, mən burada öz mahnımı oxuyacağam. Bundan sonra dava düşdü, ölümlə üz-üzə qaldıq".
 
Əməkdar artist, xanəndə Babək Niftəliyev bir neçə il öncə Tiflis şəhərində keçirilən konsert zamanı ermənilərin ona qarşı törətdiyi təxribatdan söz açıb.
 
AZXEBER.COM xəbər verir ki, xanəndə azvision.az-a bildirib ki, həmin vaxt ermənilər onu cəzalandırmaq istəyiblər: "Şahnaz Həşimova, Mətanət Əsədova, Şahnaz xanımın oğlu və digər müğənnilər konsert proqramı ilə bağlı Gürcüstana səfər etmişdik. Bizə dedilər ki, səhnədə ermənilər həddindən artıq çoxdur. Səhnənin yarıdan çoxu ermənilər idi. Mən beynimdə ayrı bir repertuar seçmişdim. Ermənilərin acığına "Sarı gəlin" mahnısını seçdim. Daha sonra "Qarabağ şikəstəsi"ni oxuyacaqdım. Dedilər ki, bunu oxuma, dava düşər. Mən qəbul etmədim, oxuyacağımı bildirdim. Şahnaz xanım oxuduqdan sonra səhnəyə çıxdım. "Sarı gəlin" mahnısını oxuyanda hiss elədim ki, səs rejissoru mənim səsimi yavaş-yavaş alır. İşarə etdim ki, səsimi ver, niyə alırsan ki? Gördüm ki, mənə fikri vermir. Birtəhər oxudum. "Qarabağ şikəstəsi"ni oxuyanda tamamilə səsimi aldılar. Məcbur qalıb avazla mikrofonsuz oxudum. Bu zaman işığı söndürməyə başladılar. Zal qaranlığa büründü. Bundan sonra aləm bir-birinə dəydi, dava düşdü. Məni və digər sənətçilərimizi ayrı çıxış qapısından uzaqlaşdırdılar. Ermənilər bizi öldürmək istəyirdilər. Həmin vaxt ölümlə üzbəüz qaldıq. Məni qınadılar ki, "Qarabağ şikəstəsi"ni oxumamalıydın. Dedim ki, Qarabağ bizimdir, öz mahnımı oxuyacağam. Biz artıq öyrəşmişik. Digər ölkələrdə konsert proqramı ilə çıxış edəndə bilirik ki, zalda ermənilər olacaq. Onların konsertlərimizə gəlməkdə məqsədləri odur ki, musiqimizdən, yeni mahnılarımızdan nəsə oğurlasınlar".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
14:41 04.08.2025
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14:29 04.08.2025
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
14:24 04.08.2025
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
12:54 04.08.2025
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
Ərdoğan Ukraynaya səfər edəcək
12:51 04.08.2025
Ərdoğan Ukraynaya səfər edəcək
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
12:48 04.08.2025
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
12:47 04.08.2025
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"
12:38 04.08.2025
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"