Əməkdar artist Nuriyyə Hüseynovadan daha bir maraqlı LAYİHƏ

MƏDƏNİYYƏT
14:07 13.12.2023
706
Beynəlxalq Muğam Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Gənclərə dəstək" adlı konsert proqramı keçirilib.

AZXEBER.COM xəbər verir ki, konsert "Dünya musiqi xəzinəsinin incisi Muğam” İctimai Birliyinin,  "Qorqud” Foklor Ansamblının və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.

Tamaşaçılar tanınmış xanəndə, əməkdar artist Nuriyyə Hüseynovanın, müğənni-bəstəkar Çilənay Hüseynovanın və Şəmkir məktəblisi,  beynəlxalq müsabiqələr laureatı tarzən Mirnofəl Həsənov çıxışlarını maraqla qarşılayıblar 

Konsertdən öncə çıxış edən əməkdar artist Nuriyyə Hüseynova Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb:"Mən uşaq ikən Heydər Əliyevin dəstəyi və diqqəti nəticəsində Naxçıvandan Bakıya gəlib təhsil aldım. O, hər zaman gənclərə dəstək olurdu. Bu konserti Ulu öndərin 100-illiyinə ithaf edirəm. Və Şəmkirdən istedadlı gənc Mirnofəl Həsənovun Bakıda konsert verməsinə, üzə çıxmasına vəsilə oldum." - deyə əməkdar artist "Gənclərə dəstək " layihəsi barədə məlumat verib.

Rəngarəng konsertdə Əməkdar artist Nuriyyə Hüseynova və müğənni Çilənay Hüseynovanın ifalarında xalq və bəstəkar mahnıları səsləndirilib.

Tamaşaçılar gənc istedad,  Mirnofəl Həsənovun tarda ifasını alqışlarla qarşılayıblar.

Konsertdə Azərbaycanın muğam sənətinin görkəmli xanəndələri, şəhid ailələri, Milli Məclisin mədəniyyət komitəsinin sədri Fazil Mustafa və 
incəsənət nümayəndələri iştirak ediblər.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb