Əməkdar artist Ramilə kokainlə tutuldu - FOTO

Əməkdar artist Ramilə kokainlə tutuldu - FOTO
MƏDƏNİYYƏT
14:16 14.09.2023
1102
Rusiya Federasiyasının əməkdar artisti Ramilə İsgəndər (Xisamova) iki kiloqram mefedron və bir doza kokainlə saxlanılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Tanınmış aktrisanın avtomobilindən içərisində iki kiloqrama yaxın mefedron olan bağlamalar aşkar edilib. Penza Narkotiklərlə Mübarizə İdarəsindən açıqlanıb ki, onun evində daha çox dozada mefedron və kokain tapılıb.

Axtarışlardan sonra sənətçi saxlanılıb. Onun barəsində xüsusilə külli miqdarda narkotik vasitələrin istehsalı və satışı ilə bağlı cinayət işi açılıb.
 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR