"Dahilər doğum günü qeyd etmirlər”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri bir neçə gün öncə doğum gününü qeyd edən Əməkdar artist Xumar Qədimova "Qonaqcanlı” verilişində deyib.
O, sənətkarların tez-tez efirlərdə görünməyinə qarşı olduğunu bildirib:
"Mən bütün dünya dahilərinin həyatını və əsərlərini araşdırmışam, oxumuşam. Deyə bilərəm ki, dahilər heç vaxt özlərinə ad günün etməyirlər. Ümumiyyətlə mən sənətkarların əlçatan olmasına qarşıyam. Onlar efirlərdə az-az görünməlidirlər. o zaman daha dəyərli olursan”.