Azər Mirzəyev uzun müddət keçirdyi xəstəlikdən sonra ilk dəfə ictimai tədbirlərə getməyə başlayıb.
AZXEBER.COM Show.az-a istinadən bildirir ki, aktyor 2012-ci ilin may ayında iflic olduqdan sonra gəzməkdə çətinlik çəkdiyini bildirib.
1996-cı ildən bəri Akademik Milli Dram Teatrının direktor müavini vəzifəsindən getməsinin səbəbi də elə bu xəstəlik olub.
“2012-də vəzifədən öz ərizəmlə çıxdım. İş ağır idi. Gəzməyimdə problem yarandı, müalicə alıram. Həkimlərin və dostların köməyi ilə hazırda daha yaxşıyam. Müalicəm evdə davam edir.”
Xeyli müddətdən sonra ilk dəfə çölə çıxan aktyor Süleyman Ələsgərovun 90 ilik yubileyinə həsr olunmuş tədbirində iştirak edib. Yaxınlarının, eləcə də əlindəki əsanın köməkliyi ilə hərəkət edən 62 yaşlı Əməkdar artist Azər Mirzəyevin tədbirdə çəkilmiş fotolarını təqdim edirik.
![](/file/pic/xeber/2014-02-25/72028.jpg)
![](/file/pic/xeber/2014-02-25/72031.jpg)
![](/file/pic/xeber/2014-02-25/72033.jpg)
![](/file/pic/xeber/2014-02-25/72036.jpg)