Müğənni Vəfa Şərifova plagiat mahnı oxumaqda ittiham olunub.
AZXEBER.COM xəbər verir ki, onun bir müddət öncə təqdim etdiyi "Ata" mahnısının, Könül Kərimovanın müəllifi olduğu "Yar, başına dönüm sənin" mahnısı ilə oxşarlığı diqqətdən qaçmayıb.
Musiqisi Könül Kərimovaya məxsus olan mahnının sözlərinin dəyişdirilərək "Ata" mahnısı kimi ifa olunmasına Əməkdar artist qadağa qoyub:
"O mahnı toxunulmazdır. Mən özüm belə ona toxunmağa cürət etmərəm. 100 min manat da versələr bunu etmərəm. Onun sözləri mahnıya yamaq kimi olmuşdu. Vəfa da məni başa düşər. Onu olduğu kimi oxusa, buyursun oxusun, ona qurbandır. Bu mahnılar oxunmalıdır, yaşadılmalıdır. Bu pul məsələsi deyil. Başqa mahnını oxusa idi, fərqinə varmazdım, amma bunu belə oxumaq olmaz. Məncə Vəfa da məni başa düşər".
Aysel










































