Əməkdar artist yeni layihəsi üçün tanınmaz dərəcədə dəyişəcək - VİDEO

Əməkdar artist yeni layihəsi üçün tanınmaz dərəcədə dəyişəcək - VİDEO
MAQAZİN
10:13 21.01.2026
219
Azərbaycan Respublikasının Əməkdar artisti, Akademik Opera və Balet Teatrının solisti Gülüstan Əliyeva yeni layihə üzərində çalışır.

AZXEBER.COM xəbər verir ki, sənətkar dizayner Şəlalə Maqsudova ilə birgə işləyərək bu ilin səhnə və klip obrazları üçün xüsusi libaslar hazırlayacaq.
 
G.Əliyeva bu əməkdaşlıq barədə məlumat verərək bildirib ki, Maqsudovanın hazırlayacağı geyimlər onun obrazını tamamilə dəyişdirəcək və onlar tamaşaçılara yeni, cəlbedici görünüş təqdim edəcəklər.

Həmçinin, dizayner sənətkarın yeni layihələrinə özəl libaslar da hazırlayacaq. Şəlalə Maqsudovanın iddiasına görə, Əliyeva başdan-ayağa 180 dərəcə dəyişəcək və yeni görünüşü ilə fərqli bir imic qazanacaq.

Gülüstan Əliyeva isə açıqlamasında bildirib ki, şou-biznesdə "general” olmasa da, "qrafinya” olaraq tamaşaçılara zərif və gözoxşayan imic təqdim edəcək.
 
Aysel
OXŞAR XƏBƏRLƏR