Əməkdar incəsənət xadimi Sürayə Ağayeva vəfat edib

MƏDƏNİYYƏT
23:47 19.10.2024
803
Əməkdar incəsənət xadimi, görkəmli musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Sürayə Ağayeva 77 yaşında vəfat edib.

Bu barədə APA-ya S.Ağayevanın oğlu Fərid Gülməmmədov məlumat verib.

O bildirib ki, bir müddət əvvəl insult keçirərək xəstəxanaya yerləşdirilən S.Ağayevanın səhhəti bir neçə gün əvvəl yenidən pisləşib və həyatını xilas etmək mümkün olmayıb.

Mərhumla vida mərasimi 20 oktyabr, saat 11:00-da Təzə Pir məscidində olacaq.

Qeyd edək ki, Sürayə Ağayeva 1947-ci ildə anadan olub.

O, UNESCO-nun nəzdində Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının (İCTM), Beynəlxalq Etnomusiqişünaslar Cəmiyyətinin, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü idi. Müxtəlif illərdə Bakı Musiqi Akademiyası, Türkiyənin Hacettepe Dövlət Konservatoriyası və Bilkent Universitetinin musiqi fakültəsində müəllim işləyib. AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun musiqi tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi idi. S.Ağayevanın elmi fəaliyyəti Azərbaycan, Şərq musiqi mədəniyyəti və orta əsr əlyazmalarının araşdırılmasına həsr olunmuşdu. Muğam sənətinin tarixi və nəzəriyyəsinə dair Azərbaycan, rus, türk, fars, ingilis dillərində çap olunmuş çoxsaylı kitab və məqalənin müəllifidir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər

19:54 06.02.2025

“Azxeber Media” ilə “Manqıstau media” arasında memorandum imzalandı- FOTOLAR

19:49 06.02.2025

Polşa hərbçilərinin sayını 230 minə çatdırmağı planlaşdırır

19:35 06.02.2025

ABŞ 104 Hindistan vətəndaşını deportasiya edib

19:22 06.02.2025

Yunanıstan parlamenti ölkə prezidentini yenə seçə bilməyib

19:10 06.02.2025

Ermənistanda tətil edənlər maaşlarının artırılması üçün komissiya yaradacaq