Əməkdar jurnalist: “Uşaqların Aşurada iştirakı psixoloji vəziyyətlərinə təsir göstərə bilər”

Əməkdar jurnalist: “Uşaqların Aşurada iştirakı psixoloji vəziyyətlərinə təsir göstərə bilər”
SOSİAL
13:34 25.06.2026
527

"Aşura mərasmləri böyüklər üçün dərin mənəvi məna daşısa da, azyaşlı uşaqların bu mərasimlərdə iştirakı onların psixoloji vəziyyətinə təsir göstərə bilər".

AZXEBER.COM xəbər verir ki, bu sözləri əməkdar jurnalist Anar Yusifoğlu Məhərrəm məclislərində azyaşlıların iştirakına həssas yanaşmağın vacibliyi haqda deyib.

O, qeyd edib ki, böyüklərin dərk etdiyi matəm ab-havasını uşaqlar fərqli qəbul edə bilər: 

"Hər il Məhərrəm ayında məscidlərdə, ziyarətgahlarda və digər ibadət məkanlarında minlərlə insan Kərbəla şəhidlərini yad edir. Haqq uğrunda mübarizənin, sədaqətin və fədakarlığın simvolu olan bu mərasimlər Azərbaycanda dini etiqad azadlığı çərçivəsində hörmətlə qarşılanır.

Bununla yanaşı, mütəxəssislər azyaşlı uşaqların bu cür mərasimlərdə iştirakına həssas yanaşmağın vacibliyini vurğulayırlar. Bildirilir ki, böyüklərin mənəvi baxımdan dərk etdiyi matəm ab-havası, sinəvurma mərasimləri və yüksək emosional mühit uşaqlar tərəfindən fərqli qəbul oluna bilər. Psixoloqların fikrincə, azyaşlılar hadisələrin mahiyyətindən çox, gördükləri səhnələri və yaşadıqları emosional təsirləri yadda saxlayırlar. Bu isə bəzi hallarda onların psixoloji durumuna mənfi təsir göstərə bilər".

Anar Yusifoğlu bildirib ki, uşaqların ilk xatirələri onların gələcək dünyagörüşünün formalaşmasında mühüm rol oynayır:

"Məhz buna görə də din xadimləri, psixoloqlar və aidiyyəti qurumlar valideynləri uşaqların yaş xüsusiyyətlərini nəzərə almağa çağırırlar. Qeyd olunur ki, uşaqların ilk xatirələri onların gələcək dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Mütəxəssislər hesab edirlər ki, uşaqların həm mənəvi, həm də psixoloji sağlamlığının qorunması cəmiyyətin ümumi məsuliyyətidir. Onların fikrincə, Aşuranın əsas mesajlarından biri haqqı və ədaləti qorumaqdır ki, bu da uşaqları vaxtından əvvəl ağır emosional yüklənmədən qorumaqdan başlayır".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İraqdan İrana bütün uçuşlar dayandırıldı
02:32 26.09.2026
İraqdan İrana bütün uçuşlar dayandırıldı
Azərbaycanda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ: “İşimdən oldum, 4 balam çörəksiz qaldı”
01:19 26.09.2026
Azərbaycanda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ: “İşimdən oldum, 4 balam çörəksiz qaldı”
Türkiyənin "Adriana Lima"sı saxlanıldı
01:17 26.09.2026
Türkiyənin "Adriana Lima"sı saxlanıldı
Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri - VİDEO
01:00 26.09.2026
Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri - VİDEO
ÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"
00:44 26.09.2026
ÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"
Gəncədə “Kia” ilə “Qazel” toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
00:34 26.09.2026
Gəncədə “Kia” ilə “Qazel” toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək
00:20 26.09.2026
Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək
Bürclər bu günə nə deyir?
00:08 26.09.2026
Bürclər bu günə nə deyir?
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
23:59 25.09.2026
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
23:37 25.09.2026
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
"Təzə evlənmişdi, ailəmiz məhv oldu" - Tələbə dostunun toyuna gedən İlkinin müəmmalı sonu - VİDEO
23:31 25.09.2026
"Təzə evlənmişdi, ailəmiz məhv oldu" - Tələbə dostunun toyuna gedən İlkinin müəmmalı sonu - VİDEO
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
23:20 25.09.2026
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
Müavinət və təqaüd alanlara mühüm xəbər
23:14 25.09.2026
Müavinət və təqaüd alanlara mühüm xəbər
Evdə hazırlanan qidaların satışı ilə bağlı yenilik bahalaşmaya səbəb olacaq? - VİDEO
23:03 25.09.2026
Evdə hazırlanan qidaların satışı ilə bağlı yenilik bahalaşmaya səbəb olacaq? - VİDEO
İnsanları həyatından ən asan çıxaran 4 bürc: tərəddüd etmirlər
22:52 25.09.2026
İnsanları həyatından ən asan çıxaran 4 bürc: tərəddüd etmirlər
Birdən çox kartı olanlara VACİB XƏBƏR: Banklar Assosiasiyasından YENİ AÇIQLAMA
22:38 25.09.2026
Birdən çox kartı olanlara VACİB XƏBƏR: Banklar Assosiasiyasından YENİ AÇIQLAMA