Əməliyyatdan sonra arvadını tanımadı

DÜNYA
11:00 12.09.2013
1587

Ağır əməliyyatdan sonra özünə gələn ABŞ-ın Yuta ştatının sakini öz arvadını tanımayıb və onun gözəlliyinə heyran olub.

AZXEBER.COM-un Lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə sentyabrın 10-da Metro nəşriyyatı yazır.Ceyson Mortensen ağır yırtıq əməliyyatı keçirib. YouTube-a yerləşdirilmiş videoda onun narkozdan necə ayıldığı görünür.Özünə gələn Ceyson onu telefonun kamerası ilə çəkən qadından soruşur: “Səni həkim göndərib? Sən mənim gördüyüm ən gözəl qadınsan. Sən modelsən? Ümumiyyətlə, sən kimsən?”.Qadın Ceysona onun arvadı Kendis olduğunu dedikdən sonra, o bildirib: “Aman tanrım, mən ki, cekpot qazandım!”. Video internetə avqustun 30-da yerləşdirilib və 4,5 milyondan çox baxış yığıb.

OXŞAR XƏBƏRLƏR