Əməliyyatdan sonra insult keçirən aktrisanın həkimi danışdı: “Mən əməliyyat etməmişəm”

SOSİAL
18:14 24.07.2020
3304
Şuşa Dövlət Musiqili Dram Teatrının aktrisası Samirə Cavanşirin əməliyyat zamanı halının pisləşməsi xəbəri yayılıb. Məlumata görə o insult keçirib.
 
AZXEBER.COM məsələ ilə bağlı adı hallanan plastik-cərah Dilqəm Məhərrəmov ilə əlaqə saxlayıb. O deyilənləri təkzib edib:
 
"Bizim iddia olunduğu kimi belə bir xəstəmiz olmayıb. O xanımın əməliyyatını biz yox, başqa həkim icra edib. Bu rəsmi sənədlərlə də öz əkisini tapır. Sadəcə olaraq hadisə bizim çalışdığımız xəstəxananın filialında baş verib”.
 
Onun sözlərinə görə, bu cür iddialar davam etdiyi təqdirdə o məhkəməyə müraciət edəcək.
 
Qeyd edək ki, Aktrisa Samirə Cavanşir bir neçə gün əvvəl əməliyyat üçün plastik-cərrah Dilqəm Məhərrəmova müraciət etdiyini bildirib. Axşam.az-ın əldə etdiyi məlumata görə, sənətçinin əməliyyat zamanı halı pisləşib. Vəziyyəti ağırlaşan Samirə Cavanşir başqa bir xəstəxanaya yerləşdirilib.
 
Nazim Qasımzadə 

OXŞAR XƏBƏRLƏR