Əmi qardaşı qızına dəhşət yaşatdı: "İçəri girsən... "

Əmi qardaşı qızına dəhşət yaşatdı: "İçəri girsən... "
SOSİAL
17:28 12.02.2022
589
Gədəbəy rayonunda 1940-cı il təvəllüdlü Rəsul qardaşı qızı Zəminəyə (adlar şərti verilib - red.) xəsarət yetirib.

AZXEBER.COM Teleqraf.com-a istinadən bildirir ki, hadisə 26 may 2021-ci ildə Gədəbəy rayonu, Nağılar kəndində baş verib.

Rəsul ata mülkü olan evin eyvanında qardaşı qızı Zəminə ilə onun evdən gedəcəyini bildirməsi səbəbindən mübahisə edib.

Mübahisə zamanı Rəsul bıçaqla Zəminənin ağız nahiyəsindən vurub, ona üst dodağın ağız boşluğuna açılan deşilmiş-kəsilmiş yarası ilə nəticələnən xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Rəsulun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəsul ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür: "Zəminə qardaşım qızıdır. Onunla heç bir düşmənçiliyim yoxdur. Ancaq aramızda mülk üstündə ədavət yaranıb. Əvvəllər Rusiya Federasiyasının Moskva şəhərində yaşamışam. 1989-cu ildə Rusiyadan köçərək Azərbaycana gəlmişəm və Yevlax rayonu, Tanrıqulular kəndində yaşamağa başlamışam.

Ancaq həmin illərdə mütamadi olaraq Gədəbəy rayonuna gəlib-getmişəm. Azərbaycana köçüb gəlməmişdən əvvəl, yəni 1985-ci ildə anam Fatma vəfat etdi. Bundan sonra Gədəbəy rayonunda yerləşən ata mülkü olan evdə heç kim yaşamadı. Həmin ev mənə qaldı. Qardaşım Altay da Mingəçevir şəhərində yaşayırdı. Ancaq bəzi vaxtlarda qardaşım da Gədəbəy rayonunda yerləşən evimizə gəlib gedirdi".

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2018-ci ildə Zəminə ilə aralarında mülk üstündə narazılıqlar başlayıb: "Mən də, Zəminə də Gədəbəy rayon Məhkəməsinə müraciət etdik. Məhkəmə həmin mülkü iki yerə böldü. Mən apellyasiya məhkəməsinə müraciət etdim. Hazırda həmin mülki iddiaya Ali Məhkəmədə baxılır. Buna görə Zəminə ilə aramızda ədavət davam etməkdədir".

Rəsul qeyd edib ki, 2021-ci ilin aprelindən Gədəbəy rayonu, Nağılar kəndində yerləşən evinə gəlib və orada yaşamağa başlayıb: "Mayın 26-da, saat 11 radələrində evdə olduğum zaman Zəminə gəldi. Ona evə girməyə icazə vermədim, balkonda əyləşdi. Zəminəni evə buraxmıyacağımı dedim.

Zəminə evin 6 pəncərə şüşəsini sındırdı, mənə məxsus geyim əşyalarını götürərək küçəyə atdı. Sonra da evin həyətində oturaraq gözlədi. Aramızda mübahisə yarandı. Zəminə məni təhqir etdi. Axşama qədər onun evimə girməsinə icazə vermədim".

Təqsirləndirilən şəxs deyib ki, həmin gün saat 18 radələrində Zəminə evdən su götürmək üçün içəri girmək istəyib: "Onun evə girməsinə mane oldum. Zəminə ilə çəkişərək qapını saxladım. Zəminə isə güc göstərdi, qapını açmaq üçün geri itələdi. O, ağac götürdü, qolumun üstündən, ayaqlarımdan və başımdan vurdu. Bu vaxt ağac ortadan ikiyə bölündü. Ağacı onun əlindən almaq istədim. Zəminə isə güc göstərdi, başıma vurdu. Huşumu itirdim, yerə yıxıldım. Sonra nələrin baş verməsindən xəbərim olmayıb. Dava zamanı ola bilər ki, Zəminəyə zərbə endirmişəm. Törətdiyim əməldən peşmanam".

Zərərçəkmiş şəxs qismində ifadə verən Zəminənin sözlərinə görə, Gədəbəy rayonu, Nağılar kəndində müvəqqəti olaraq tək yaşayır: "Rəsmi olaraq heç yerdə işləmirəm, ikinci qrup gözdən əlil olmaqla təqaüd alıram. Təqsirləndirlən şəxs mənim doğma əmimdir. Onunla heç bir düşmənçiliyim yoxdur. Ancaq aramızda mülk üstündə ədavət yaranıb. Rəsul uzun illər Qazaxıstanda yaşayıb, gənc yaşlarından Azərbaycanı tərk edərək getdib. Öz atasının və anasının dəfnində də iştirak etməyib.

Atam Altay evin böyük oğlu, Rəsul isə kiçik oğludur. Babama məxsus evdə atam yaşayıb. Babam vəfat edəndən sonra Mingəçevir şəhərində yaşamışıq. Sonra ailə qurdum, gəlin köçdüm".

Zərərçəkmiş şəxsin ifadəsinə görə, 2009-cu ildə ərindən boşandıqdan sonra valideyinləri ilə birgə yaşayıb: "2018-ci ildə atam və anam vəfat etdilər. Gədəbəy rayonuna qayıtdım, atama məxsus evdə yaşamağa başladım. Atamın valideyinlərindən qalma mülk uçub, dağılmış halda olub. Əmim Rəsul arvadı Nigar və iki uşağı ilə birgə Azərbaycana gəldikdən Yevlax rayonu, Tanrıqulular kəndində atamın köməkliyi ilə özünə ev aldı, yaşamağa başladı.

Lakin atam vəfat edəndən sonra Rəsul Nağılar kəndində yerləşən evə gəldi. Bu evin ata mülkü olduğunu bildirdi, mənim evdən çıxmağımı tələb etdi. Bir neçə dəfə gələrək məni təhqir etdi. Mən də, Rəsul da Gədəbəy rayon Məhkəməsinə müraciət etdik. Məhkəmə həmin mülkü iki yerə böldü. Lakin bu işə Ali Məhkəmədə baxılması davam edir".

Zəminə deyib ki, mayın 26-da, saat 11 radələrində Mingəçevir şəhərindən atasına məxsus evə gəlib: "Rəsulun kilidlərini sındıraraq evə daxil olduğunu gördüm. Həmin gün hava yağışlı idi. Mən də evə daxil olmaq istədim. Ancaq Rəsul icazə vermədi. Giriş qapısına yaxın, balkonda stulda əyləşdi, qarşısında ağac parçası və bıçaq qoyaraq məni gözlədi. Polisə zəng etdim, Rəsulun hərəkətləri barədə məlumat verdim. Ancaq polis əməkdaşları məsələnin mülki xarakter daşıdığını bildirdilər, mənim evə buraxılmağlma kömək etmədilər.

Rəsulla aramızda sözlə mübahisə davam etdi. Saat 18 radələrinə kimi gözlədim. Artıq hava qaraldığı vaxtda evə girməyə cəhd etdim. Lakin Rəsul əli ilə sinəmdən vurdu, məni yerə yıxdı. Arxası üzərinə daş pilləkənin üzərinə yıxıldım. Kürəyimin sağ tərəfindən və sol qolumdan xəsarət aldım.

Bir qədər sonra ayağa qalxdım, Rəsula irad bildirdim və yenidən qapını açmağa cəhd etdim. Rəsul bıçaqla bir dəfə ağız nahiyəmə vuraraq xəsarət yetirdi. Ağız nahiyəmdən axan qanı kəsdim. Sonra isə 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat verdim".

Gədəbəy rayon Məhkəməsinin hökmü ilə Rəsulun barəsində "8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilib.

Onun barəsində olan cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad еdilib.

Rəsulun barəsində sеçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv еdilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"