Emin Ağalarov: “Boş vaxtım olan kimi Bakıya, bağımıza gedirəm...”
ŞOU-BİZNES
07:28 25.05.2011
1993
Bu sözləri “KROKUS” şirkətinin prezidenti, Rusiyanın məşhur iş adamı Araz Ağalarovun oğlu Emin Ağalarov özünün müsahibəsində deyib. E. Ağalarov bildirib ki, boş vaxtının az olmasını istəyir. “Mən çalışıram ki, həyatımı elə yaşayım ki, boş vaxtım az olsun. Çünki boş vaxtım olanda dəhşətli dərəcədə hirslənirəm. Dərhal fikirləşirəm ki, bu vaxtı necə “doldurum”-deyə o vurğulayıb.
Qeyd edək ki, E.Ağalarov Moskvada və Sankt Peterburqda iki konsert verməyə hazırlaşır. 28 may və 5 iyunda baş tutacaq bu konsertdə E.Ağalarov özünün yeni mahnılarını təqdim edəcək.
Muğənninin rəsmi fan-saytından daxil olan məlumatında isə bildirilir ki, E.Ağalarovun konsertinə bilet əldə etmək istəyənlər üçün sayt müsabiqə keçirir. Belə ki, fan-klubun təqdim etdiyi suallara düzgün cavab verənlər bu konsertlərə bilet əldə etmək şansı qazanacaqlar.