Emin Ağalarov "Emi" ilə müqavilə bağladı

Emin Ağalarov "Emi" ilə müqavilə bağladı
ŞOU-BİZNES
12:28 12.09.2011
1465

Moskvada yaşayan azərbaycanlı biznesmen və müğənni Emin Ağalarovun dünyaca tanınmış Fill Qriffinin rejissoruluğu ilə çəkilən “Wonder” klipi “Youtube “ saytında ən çox izlənilən ekran işlərindən biridir.

APA-nın müğənninin rəsmi internet sayına istinadən yaydığı xəbərə görə, sözügedən saytda Eminin klipinə 18 min tamaşaçı baxıb. Bu say hazırda 31 mini keçib. 

Bununla yanaşı, Emin yeni bir şirkətlə işbirliyinə başlamaq qərarına gəlib. Müğənni məşhur “Emi Music Germany” şirkəti ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən Eminin “Wonder” daxil olmaqla üç albomu EMİ Music şirkətinin filialı olan hər ölkədə yayımlanacaq. Bununla əlaqədar olaraq ötən həftə Kölndə mətbuat konfransı keçirilib və Emin bu tədbirdə "Obvious" və "Just for one night" hitlərini ifa edib. Bu tədbirdə Almaniyanın ən öndə gedən müxtəlif media qurumlarından 270-ə yaxın insan iştirak edib. Almaniya mətbuatı qarşısında çıxış edən azərbaycanlı müğənni EMİ Music şirkəti ilə müqavilə imzalamasından məmnunluğunu ifadə edib: “Bu müqavilə daha da peşəkar komanda işləmək deməkdir. Yeni imza atdığımız bu layihə əsnasında mənim mahnılarını Almaniya, Avstriya, İsveçrə və Avropanın digər ölkələrinin də auditoriyasında səslənəcək. EMI ilə imzaladığımız yeni müqvilə mənim yaradıcılığımda da hiss olunacaq və özümə inamımı artırır”.
OXŞAR XƏBƏRLƏR