Emin Ağalarov ikinci həyat yoldaşından da ayrıldı - FOTO

Emin Ağalarov ikinci həyat yoldaşından da ayrıldı - FOTO
MAQAZİN
21:03 13.05.2020
8144
Xalq artisti Emin Ağalarov ikinci həyat yoldaşından da ayrılıb. 

AZXEBER.COM xəbər verir ki, bu barədə sənətçi şəxsi instaqram hesabında payaşım edib:

"Bu, həyatımızda, həqiqətən xoşbəxt bir gün idi! Təəssüf ki, hər şey planlaşdırdığımız kimi alınmadı. Birlikdə yaşadığımız hər gün və gözəl qızımız Afinaya görə sənə səmimi qəlbdən minnətdaram! Sən inanılmaz dərəcədə mehriban, xüsusi insansan. Həyatımızda növbəti vacib mərhələ, əlbəttə, övladımızın tərbiyəsidir və biz buna nail olacağıq. Biz birlikdə çox yol qət etdik və sənə ömrüm boyu böyük hörmətim, minnətdarlıq hissim olacaq”, - deyə Ağalarov qeyd edib.

Alyona Qavrilova da ayrılıq xəbərini təsdiq edib. O, bu barədə instaqram hesabında yazıb: "Mənə özümə gəlməyə vaxt verin. Mənim üçün çox ağırdır. Bu gün də anamın ad günüdür. Anlayışınız üçün təşəkkür edirəm"

Qeyd edək ki, Emin Ağalarov Alyona Qavrilova ilə 2018-ci il iyul ayında ailə qurmuşdu.

OXŞAR XƏBƏRLƏR