Emin Ağalarov İsraillə ortaq layihəyə imza atdı: “Golden Care” Azərbaycana gəlir

Emin Ağalarov İsraillə ortaq layihəyə imza atdı: “Golden Care” Azərbaycana gəlir
SOSİAL
13:25 04.09.2025
598
Tanınmış iş adamı və müğənni Emin Ağalarov rəhbəri olduğu Sea Breeze Resort çərçivəsində beynəlxalq səviyyəli səhiyyə layihəsinə start verib.

O, İsrailin aparıcı tibbi şirkəti Golden Care (GC) ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

3 sentyabrda Bakıda keçirilən görüşdə tərəflər Azərbaycanda müasir tibbi klasterin yaradılması məsələsini müzakirə ediblər və bununla bağlı əməkdaşlıq niyyət protokoluna imza atıblar. Rəsmi açıqlama Sea Breeze-in sosial media hesabında paylaşılıb.

"Golden Care” – İsrailin ən qabaqcıl tibbi şirkətlərindən biridir.

Şirkət:
• palliativ yardım,
• reabilitasiya,
• orfan (nadir) xəstəliklərin müalicəsi,
• geriatriya (yaşlıların tibbi dəstəyi) sahəsində ixtisaslaşıb.

Golden Care hazırda İsraildə geniş klinikalar şəbəkəsini idarə edir, on minlərlə pasiyentə xidmət göstərir və beynəlxalq səviyyədə yüksək reputasiyaya malikdir.

Yeni yaradılacaq "Golden Care” klinikası Sea Breeze şəhərciyində inşa ediləcək və regionda ilk belə tibbi mərkəz olacaq. Layihənin məqsədləri:

• Azərbaycanda beynəlxalq standartlara cavab verən tibbi xidmətlərin təşkili,
• müasir diaqnostika və müalicə imkanlarının yaradılması,
• tibbi turizmin inkişafı və xarici pasiyentlərin ölkəyə cəlb olunması,
• Sea Breeze şəhərciyinin sosial və səhiyyə infrastrukturunun genişləndirilməsi.

Emin Ağalarov imza mərasimindən sonra sosial media hesabında yazıb:

"Biz tibbi klasterin yaradılması yolundayıq. Bizə inam göstərən tərəfdaşlara təşəkkür edirəm.”

Mütəxəssislərə görə, layihə Azərbaycanın səhiyyə sisteminə yeni nəfəs gətirəcək, xüsusilə nadir xəstəliklərin müalicəsi və palliativ yardım sahəsində mövcud boşluğu dolduracaq. Eyni zamanda, bu əməkdaşlıq Azərbaycan-İsrail münasibətlərinin səhiyyə sektorunda da yeni mərhələyə qədəm qoyması kimi dəyərləndirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kerolayn Livitt: İrana qarşı əməliyyat 4-6 həftə davam edə bilər
00:39 07.03.2026
Kerolayn Livitt: İrana qarşı əməliyyat 4-6 həftə davam edə bilər
İranın Azərbaycandakı səfiri Prezident İlham Əliyevə təşəkkür edib
00:23 07.03.2026
İranın Azərbaycandakı səfiri Prezident İlham Əliyevə təşəkkür edib
Azərbaycanın Tehrandakı Səfirliyinin əməkdaşları İrandan təxliyə olunur
00:22 07.03.2026
Azərbaycanın Tehrandakı Səfirliyinin əməkdaşları İrandan təxliyə olunur
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - Məbləğ
00:12 07.03.2026
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - Məbləğ
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
00:05 07.03.2026
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
23:55 06.03.2026
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
23:44 06.03.2026
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
23:42 06.03.2026
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
23:39 06.03.2026
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
23:24 06.03.2026
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
23:13 06.03.2026
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
23:02 06.03.2026
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
23:00 06.03.2026
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
22:58 06.03.2026
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
22:44 06.03.2026
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
22:39 06.03.2026
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib