Rusiyada yaşayan azərbaycanlı müğənni və iş adamı Emin Ağalarovun Gürcüstan səfəri təxirə düşüb. AZXEBER.COM-un müğənninin rəsmi internet saytına istinadən məlumatına görə, ifaçının avqustun 29-da Batumidə verəcəyi konserti baş tutmayacaq. Müğənni və bəstəkarın rəsmi saytında belə bir xəbər yerləşdirilib: "Sizin nəzərinizə çatdırırıq ki, Batumi konserti təxirə salınır".Saytda konsertin təxirə salınmasının səbəbləri barədə məlumat verilməyib.