Rusiya estradasının məşhur müğənnilərindən biri Filip Kirkorov Bakıya gəlir.
Bu haqda tanınmış müğənni-bəstəkar Emin Ağalarov Instagram hesabında məlumat paylaşıb. O, paylaşdığı videoda Kirkorovun iyulun 9-10-da Bakıda keçiriləcək "Jara” festivalına qatılacağını deyib. Videomüraciətdə sənətçi özü də bunu təsdiqləyib.
Festivala Filip Kirkorovla yanaşı Ani Lorak da qatılacaq.
Xatırladaq ki, bir müddət əvvəl Filip Kirkorov ANS-ə açıqlamasında Azərbayacana gəlmək istədiyini, lakin girişinin qadağan olunduğu bildirmişdi.