Emin Əmrullayev: Dünya təcrübəsini Azərbaycanda tətbiq etməyə çalışırıq

SOSİAL
17:41 18.11.2024
161
Təhsil sahəsində Azərbaycan təcrübəsini dünyada təbliğ etməyə, eyni zamanda, dünya təcrübəsini Azərbaycanda tətbiq etməyə çalışırıq.

Bunu elm və təhsil naziri Emin Əmrullayev "Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələrinin elan edilməsi ilə bağlı keçirilən tədbirdə deyib.

O qeyd edib ki, dünyanın müxtəlif ölkələrində artıq iqlim qiymətləndirilməsini müzakirə etmək mümkündür:

"Başa düşürük ki, reytinq hər şeyi əhatə etmir. Lakin reytinq bir çox məsələlərdə əsas götürülür. Rəqabət yaradır, önəmli məsələlərə fokuslanmağa kömək edir. Elm və Təhsil Nazirliyi 2022-2026-cl il üzrə dövlət strategiyası ilə Azərbaycanın üç universitetini dünyadakı ilk 500-lüyə salmağa çalışır".

OXŞAR XƏBƏRLƏR