Emin Əmrullayevə Gürcüstanda "Fəxri doktor" adı verildi - FOTOLAR

Emin Əmrullayevə Gürcüstanda "Fəxri doktor" adı verildi - FOTOLAR
SOSİAL
19:02 07.12.2025
204
Xəbər verdiyimiz kimi, dekabrın 5-də elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın qabaqcıl ali təhsil müəssisələrindən olan Tbilisi Dövlət Universiteti və Gürcüstan Texniki Universitetinə səfər edib. 

AZXEBER.COM xəbər verir ki, Emin Əmrullayev Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adı ilə təltif olunub.

Qeyd edək ki, Emin Əmrullayevin Gürcüstana səfəri çərçivəsində bu ölkənin təhsil, elm və gənclər naziri Givi Mikanadze ilə görüşü olub. 

Görüşdə elm və təhsil sahəsində əməkdaşlıq, universitetlərarası və STEAM üzrə əlaqələrin genişləndirilməsi, hər iki ölkədə Azərbaycan və gürcü dillərinin tədrisinin davam etdirilməsi, elmlə bağlı birgə layihələr və digər məsələlər müzakirə edilib.

 

 


OXŞAR XƏBƏRLƏR