Emin Hacıyev: “Azərbaycan regionun enerji və nəqliyyat mərkəzindən əlavə, həm də güclü sənaye mərkəzinə çevrilir”

Emin Hacıyev: “Azərbaycan regionun enerji və nəqliyyat mərkəzindən əlavə, həm də güclü sənaye mərkəzinə çevrilir”
SİYASƏT
14:37 17.09.2020
680

Emin Hacıyev,
Milli Məclisin deputatı


"Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik”. Cənab Prezident İlham Əliyevin Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Təhsil Mərkəzinin açılışı zamanı səsləndirdiyi bu fikir hazırda qeyri-neft sənayemiz qarşısında duran vacib çağırışdır. Son illər Azərbaycanda həyata keçirilən iqtisadi islahatların əsas məqsədi iqtisadiyyatın şaxələndirilməsinə, neftdən kənar sahələrin, xüsusən qeyri-neft sənayesinin inkişafına nail olmaqdır. Məqsəd daxili tələbatın ödənilməsində yerli məhsulların payının artırılması, ixrac potensialının yüksəldilməsi, ümumilikdə neft-qaz amilindən asılılığın daha da azaldılmasıdır.

Cənab Prezident İlham Əliyevin uğurlu iqtisadi inkişaf strategiyasının əsas tərkib hissəsi olan sənayeləşmə siyasəti müsbət nəticələr verir. Artıq ölkəmizdə rəqabət qabiliyyətli müasir sənaye sahələrinin yaradılması, infrastruktur təminatının yaxşılaşdırılması ilə bağlı çoxsaylı layihələr icra edilib, xeyli iş yerləri açılıb, sənayemiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün qeyri-neft sənayesinin inkişafında sənaye parkları mühüm rol oynayır. Belə irimiqyaslı lahiyələrdən olan Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədi ilə cənab Prezidentin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə yaradılıb. Cənubi Qafqazın ən böyük sənaye parkı olan, 508 hektar ərazidə yaradılan müəssisədə hazırda 24 rezident var. Burada müxtəlif çeşiddə kimya sənayesi, maşınqayırma, еlеktrоеnеrgеtikа, metallurgiya, yüngül sənaye, qablaşdırma məhsulları, həmçinin tikinti materialları istehsal olunur.

 

Sənaye Parkında məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamika mövcuddur. 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkında 823 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 33 faizi ixrac olunub. 2020-ci ilin ilk 6 ayı ərzində 534 milyon manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 9,3 faiz olub, 182 milyon manatlıq ixracla ölkə üzrə qeyri-neft sənaye məhsullarının ixracının 20 faizini təşkil edib.

Burada investisiya yatırımı üçün olduqca cəlbedici şərait təmin olunub. Belə ki, Sənaye Parkının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergisindən azad olunur. Həmçinin rezidentlər istehsal məqsədilə idxal etdikləri texnika, texnoloji avadanlıqlar və qurğuların idxalı zamanı Əlavə Dəyər Vergisindən və 7 il müddətinə gömrük rüsumlarından azaddır.

 

Sənaye parklarında dövlət vəsaitləri hesabına müasir infrastruktur yaradılması isə sahibkarların vəsaitlərini investisiya qoyuluşuna yönəltməsinə imkan verir. İndiyədək Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən 2,9 milyard dollar həcmində investisiya yatırılıb və növbəti mərhələdə daha 245 milyon dollardan çox investisiyanın yatırılması planlaşdırılır. Hazırda Sumqayıt Kimya Sənaye Parkında 5500-dən çox insan daimi işlə təmin olunub və gələcəkdə işçi sayının daha da artırılması nəzərdə tutulur.

Azərbaycan Prezidentinin iqtisadi siyasəti, sənayeləşmə, sənaye mərkəzlərinin yaradılması ölkəmizin yerli sənaye məhsullarına daxili tələbatının təmin edilməsi ilə yanaşı ixrac potensialını yüksəldir. Bütün bu potensial onu deməyə əsas verir ki, artıq Azərbaycan regionun enerji və nəqliyyat mərkəzindən əlavə, həm də güclü sənaye mərkəzinə çevrilir.

Ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, sahibkarlığın inkişafı ilə bağlı atılan addımlar şübhəsiz ki, xarici investorların Azərbaycana marağının artmasına səbəb olur. Həmçinin müxtəlif ölkələrdə iqtisadiyyat, kommersiya, biznes sahələrində böyük uğurlar əldə etmiş həmyerlilərimizi öz vətənlərinə investisiya yatırmağa təşviq edir. Bütün bunlarla yanaşı, hazırda dünyada yaşanan pandemiya şəraiti bu istiqamətdə bizdən çevik fəaliyyət tələb edir.

 

Cənab Prezidentin dediyi kimi, "Dünyada yaşanan, pandemiya nəticəsində dərinləşən böhran, əlbəttə ki, bir çox şirkətlərə mənfi təsir göstərib. Ancaq məhz bu şəraitdə biz elə addımlar atmalıyıq ki, postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasında olaq və dərhal, vaxt itirmədən yeni inkişaf dinamikasına sahib olaq”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harada yerləşir? (FOTO)
16:20 30.06.2025
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harada yerləşir? (FOTO)
Rusiya Bakıdakı əməliyyatdan narahat oldu: “Səbəb izah edilmir”
16:20 30.06.2025
Rusiya Bakıdakı əməliyyatdan narahat oldu: “Səbəb izah edilmir”
Berlində yanğın baş verdi: ard-arda 3 partlayış
16:17 30.06.2025
Berlində yanğın baş verdi: ard-arda 3 partlayış
Bakıda kafedə dava: Sahibkar müştərini döydü
16:11 30.06.2025
Bakıda kafedə dava: Sahibkar müştərini döydü
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi
15:55 30.06.2025
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi
İranda İsrailin hücumlarında ölənlərin sayı 935 nəfərə çatıb
15:51 30.06.2025
İranda İsrailin hücumlarında ölənlərin sayı 935 nəfərə çatıb
Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb
15:38 30.06.2025
Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb
Səfərov qardaşları sabah Ağcabədidə dəfn ediləcəklər
15:29 30.06.2025
Səfərov qardaşları sabah Ağcabədidə dəfn ediləcəklər
Intiqam Kərimov:"Elza məndən dərs almaq istədi, qəbul etmədim"
15:25 30.06.2025
Intiqam Kərimov:"Elza məndən dərs almaq istədi, qəbul etmədim"
Kəngərliyə köçən ailələrə mənzillərin açarları verildi - FOTO
15:17 30.06.2025
Kəngərliyə köçən ailələrə mənzillərin açarları verildi - FOTO
Yekaterinburqda saxlanılan azərbaycanlıların işi Rusiya Baş İstintaq İdarəsinə verildi
15:14 30.06.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların işi Rusiya Baş İstintaq İdarəsinə verildi
Ədliyyə Nazirliyi qohum nikahların qarşısının necə alınacağına aydınlıq gətirib
15:05 30.06.2025
Ədliyyə Nazirliyi qohum nikahların qarşısının necə alınacağına aydınlıq gətirib
Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi qohumlarına təhvil verilib - VİDEO
14:48 30.06.2025
Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi qohumlarına təhvil verilib - VİDEO
Peskovdan Azərbaycanla bağlı AÇIQLAMA
14:32 30.06.2025
Peskovdan Azərbaycanla bağlı AÇIQLAMA
Prezident Fikrət Məmmədovla bağlı Sərəncam imzaladı
14:29 30.06.2025
Prezident Fikrət Məmmədovla bağlı Sərəncam imzaladı
Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 399 nəfərə çatıb
14:26 30.06.2025
Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 399 nəfərə çatıb