"Füzuli və Ağdamda iki mərkəzi xəstəxananın tikintisinə başlanılacaq”.
AZXEBER.COM xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Naftalan – Sağlamlıq və turizmin sinerji mənbəyi. Regionda yeni rellıqlar” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.
Emin Hüseynov həmçinin işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi məsələsindən də danışıb:
"İşğaldan azad olunan ərazilərin 13 faizi minalardan təmizlənib və buna paralel olaraq da yenidənqurma işləri aparılır”.
Nümayəndənin sözlərinə görə, Ağdamda özəl şirkətlər tərəfindən hotellərin tikintisinə də başlanılıb:
"Yaxın vaxtlarda Pənahəli xanın sarayı da bərpa ediləcək. Suqovuşan, Tuğ və Hadrutun turizm inkişaf konsepsiyaları hazırlanıb.
Beləliklə, bu şəhər tamimlə bərpa edildikdən sonra onu biznes mərkəzinə çevirmək planı var. Ağdamda inşa ediləcək atçılıq mərkəzi də turizminin inkişafına təkan verəcək. Qarabağın təbiəti burda ekoturizmin inkişafına təkan verəcək”.