Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı - VİDEO

Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı - VİDEO
SOSİAL
22:10 25.07.2026
1932
İsveçrə səfirliyini qadın paltarı geyinərək tərk etməsi ilə yadda qalan Emin Hüseynov yenidən Azərbaycan əleyhinə fəaliyyəti ilə gündəmə gəlib. O, bu dəfə daşnak Ovsep Xurşudyanla ortaq layihəyə başlayıb.

AZXEBER.COM xəbər verir ki, layihənin ilk qonağı isə təsadüfi olmayaraq Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi faktını inkar edən təxribatçı David Stepanyan olub.

Bu barədə Baku TV-nin videomaterialında deyilir.

Hüseynov yeni erməni qardaşları ilə birlikdə ənənəsinə sadiq qalaraq Azərbaycanda demokratiyanın olmadığını iddia etməyə başlayıb. Paralel olaraq isə Ermənistanı tərifləyərək bildirib ki, guya bu ölkədə seçki nümunəvi şəkildə keçirilib, demokratiya çiçəklənir və siyasi məhbuslar isə ümumiyyətlə, mövcud deyil.

Emin layihəsində nədənsə Ermənistanda müxalif qüvvələrin nümayəndələrinin saxlanılmasından danışmayıb. Görünür, o, kuratorlarının əhvalını pozmaq istəməyib. Onun erməni həmsöhbətləri isə təbii olaraq, məmnuniyyətlə Azərbaycanın qaralanmasına yönəlmiş növbəti kampaniyaya qoşulublar. David Stepanyan, həmçinin Qərbi Azərbaycan mövzusu ilə bağlı narazılığını ifadə edərək bunun guya sülh gündəliyinə zidd olduğunu iddia edib.

Bununla belə, o, Azərbaycana qarşı tədbirlər keçirməyə davam edən, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirən və separatçı simvollardan istifadə edən erməni revanşistləri barədə susmağa üstünlük verib. Ermənistanda bu cür revanşist əhvali-ruhiyyənin mövcudluğundan hətta bu ölkənin baş naziri Nikol Paşinyan da bəhs edib. Lakin Stepanyan buna məhəl qoymamağa üstünlük verir. Onun üçün Azərbaycanı ittiham etmək və özünü sülhün müdafiəçisi kimi təqdim etmək daha asandır.

Daha sonra Stepanyan Azərbaycanın guya Qarabağda erməni kilsələrini sökməsindən gileylənməyə başlayır. Lakin o, bu zaman auditoriyaya xatırlatmaq istəmədi ki, Cenevrə və Haaqa konvensiyalarına əsasən, işğalçı tərəfin başqa ölkənin ərazisində tikinti aparmaq hüququ yoxdur. Həmin dövrdə inşa edilən tikililər, xüsusilə də əhalinin geri qayıdışını çətinləşdirmək məqsədi daşıyan tikililər qanunsuz hesab olunur.

Yəni, bütün bunlar Azərbaycanın suveren ərazilərində yalnız bir məqsəd - işğalı möhkəmləndirmək və həmin dövrdə işğal altında olan torpaqlara azərbaycanlıların geri qayıdış prosesini çətinləşdirmək üçün inşa edilib. Deməli, o vaxt Azərbaycanın razılığı olmadan inşa edilən bütün tikililər qanunsuz hesab olunur və sökülməlidir.

Bu hekayədə ən iyrənc məqam isə Emin Hüseynovun davranışıdır. Belə ki, o, qəfil olaraq ermənilərin qanunsuz tikililərinə görə narahat olmağa başlayıb, lakin uzun illər işğal altında qalmış ərazilərdə dağıdılmış Azərbaycan məscidlərini, qəbiristanlıqlarını, evlərini və mədəniyyət abidələrini Stepanyana bir dəfə də olsun xatırlatmayıb.

Məhz elə həmin o anda maska tamamilə düşüb. Emin həmsöhbətlərinin iddialarına etiraz etməyə belə cəhd göstərməyib. Əksinə, onlara həvəslə dəstək verərək efirin Azərbaycana qarşı ittihamlar səsləndirilən növbəti platformaya çevrilməsinə kömək edib.

O, müharibədən əvvəl də açıq şəkildə erməni mövqeyini dəstəkləyirdi. Buna görə də, Eminin növbəti layihəsi nə jurnalistika, nə də diskussiyadır. Bu, Azərbaycanın qaralanma kampaniyası üçün rolların əvvəlcədən bölüşdürüldüyü növbəti dairədir. Burada biri ittiham edir, digərləri isə onu dəstəkləyir, Emin isə özünün yeni tərəfdaşlarının rəğbətini qazanmağa çalışır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
“Sabah” “Barselona” və “Arsenal”a qarşı necə oynamalıdır? - ŞƏRH
22:53 11.09.2026
“Sabah” “Barselona” və “Arsenal”a qarşı necə oynamalıdır? - ŞƏRH