"Neftçi" klubunun və Azərbaycan millisinin kapitanı Emin Mahmudov karyerasını Rumıniyada davam etdirə bilər.
30 yaşlı yarımmüdafiəçinin mövsümün sonunda "Universitatya Krayova"ya keçmək ehtimalı var.
Bildirilib ki, rumıniyalı baş məşqçi Laurentsiu Regekampf "ağ-qaralar"dan ayrılıb bu komandaya keçsə, təcrübəli oyunçunu özü ilə aparmağı planlaşdırır.
"Universitatya Krayova"nın Mahmudovu azad agent kimi heyətinə cəlb edə biləcəyi vurğulanıb.
Qeyd edək ki, Laurentsiu Regekampf 2021/2022 mövsümündə "Universitatya Krayova"da işləyib. Emin Mahmudovun "Neftçi" ilə müqaviləsi mövsümün sonunda başa çatmalıdır.