AZXEBER.COM xəbər verir ki, bu barədə Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev məlumat yayıb.
ABŞ-nin Florida ştatında yaşayan Pərvin Muradova-Dilbazi Florida Texnologiya Universitetinin professoru, Floridanın Azərbaycan-Amerika Mədəniyyəti Cəmiyyətinin mədəniyyət işləri üzrə direktorudur. O, həmçinin, ABŞ-də musiqi müəllimləri üzrə yüksək peşəkarlıq və tədris keyfiyyətinin göstəricisi olan "Musiqi Müəllimləri üzrə Milli Sertifikatlı Müəllim" ("Nationally Certified Teacher of Music - NTCM") titulunun sahibidir.











































