Əminə Ərdoğandan qəzzalı uşaqlar barədə: "Onları qonaq etməyə hazırıq"

Əminə Ərdoğandan qəzzalı uşaqlar barədə: "Onları qonaq etməyə hazırıq"
DÜNYA
14:43 15.02.2024
119
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Misirə səfəri zamanı Qəzzadakı hadisələri gündəmə gətirib və kimsəsiz uşaqlar üçün atılması planlaşdırılan addımları müzakirə edib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğanla rəsmi görüşlər keçirmək üçün Qahirəyə gedib.

Burada rəsmi mərasimlə qarşılanan Ərdoğan cütlüyü daha sonra danışıqlara başlayıb.

Ərdoğan Misir prezidenti Əbdülfəttah əs-Sisinin həyat yoldaşı Entissar Amer ilə görüşüb.

Görüşdə birinci xanım ölkədə daimi atəşkəs əldə olunana və normallaşma prosesi əldə olunana qədər Qəzzada kimsəsiz uşaqları müvəqqəti qəbul etməyə hazır olduqlarını vurğulayıb.

Əminə Ərdoğan bütün ölkələrin Qəzza üçün güclərini birləşdirməli olduğunu da vurğulayıb.

Ayşən
OXŞAR XƏBƏRLƏR